Təbriz Həsənov: "Etimadı doğrultmağa çalışacam"

08.04.2015 | 3033 dəfə oxunub

"Mənə etimad göstərdiklərinə görə, Məşqçilər Komitəsinə və AFFA rəhbərliyinə təşəkkürümü bildirirəm. Çalışacağam ki, bu etimadı doğruldum. Bu uşaqlarla U-15 yığmasından çalışıram. Əlbəttə, necə böyük məsuliyyəti üzərimizə götürdüyümüzü yaxşı bilirik.  Aydın məsələdir ki,  Avropa çempionatının final mərhələsinə yüksək səviyyəli komandalar vəsiqə qazanır. Onlara qarşı tam başqa cür hazırlaşmalıyıq. Hazırlığımız planlı şəkildə davam edir. Bu həftə ölkəmizdə UEFA-nın İnkişaf turniri keçiriləcək. Çalışacağıq ki, yaxşı oyun nümayiş etdirməklə yanaşı, komandadakı çatışmazlıqları görək və onları aradan qaldırmaq istiqamətində işlər aparaq".

Stadium.Az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Təbriz Həsənov deyib. Affa.az saytına danışan mütəxəssis təyinatı və gələcək planları ilə bağlı fikirlərini açıqlayıb:

"Azərbaycanda oynayan uşaqların demək olar ki, hamısını sınaqdan keçirmişik. Ən yaxşılar komandaya cəlb olunub. Təbii ki, bununla kifayətlənməyəcəyik. Seleksiya işlərini davam etdirəcəyik. Çünki ölkəmizdən kənarda da çıxış edən futbolçularımız var. Yaxın zamanlarda onları da yığmaya cəlb edəcəyik. Təəssüf ki, onları hər zaman toplanışlara dəvət etmək imkanımız olmur. Klublarından gəlmələri ilə bağlı problem ortaya çıxır.  Onları gələcəkdə komandaya dəvət edəcəyik ki, həm yığmamız güclənsin, həm də komanda daxilində rəqabət artsın. Komandada rəqabət olarsa, futbolçular daha çox inkişaf edəcək.

Komanda üzvləri ilə psixoloji söhbətlər edirik. Çalışırıq uşaqları böyük məsuliyyət haqda düşündürək və onları Avropa çempionatına motivasiya edək. Yaxşı bilirik ki, Avropa çempionatının final mərhələsinə yüksələn komandalar səviyyə, sürət, fiziki və psixoloji baxımdan çox hazırlıqlı vəziyyətdə olurlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail