"Qarabağ" - "Neftçi" oyunu aslanların döyüşü kimidir"
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözel komandasının Azərbaycan kubokunun finalına yüksəlməsinə münasibət bildirib. Stadium.Az xəbər verir ki, klubun saytına danışan Gözəl finaldakı rəqibin “Neftçi” olmasına ikiqat sevindiyini deyib:
"Bu, mənim "Qarabağ"la üçüncü finalım olacaq. 2006 və 2009-cu illərdə Azərbaycan kubokunu qazanıb sevinc yaşamışıq. Altı il sonra yenidən finalda oynamaq olduqca xoş duyğudur. Üstəlik rəqibimizin "Neftçi" olması da final qarşılaşmasına əlavə rəng qatacaq. Finalda "Neftçi"ylə qarşılaşmaq mənə ikiqat sevinc bəxş edir. "Neftçi" Azərbaycan futbolunda xüsusi yeri olan klubdur. Hər zaman "Neftçi"ylə oyunlar mənim üçün xüsusi olub. Bunu daim açıqlamalarımda bildirmişəm. Daha öncə də qeyd etdiyim kimi, "Qarabağ" - "Neftçi" oyunu aslanların döyüşü kimidir".
Klub rəsmisi kubokun final matçının keçiriləcəyi məkanla bağlı da fikirlərini bildirib: “Final görüşünün Qəbələ və ya baş bir şəhərdə keçirilməsi ideyası müsbətdir. İstənilən halda belə bir derbinin, gözəl qarşılaşmanın bölgədə keçirilməsi ölkə futbolunun inkişafı və populyarlığı baxımından olduqca yaxşı amildir. Futbol ictimayyətini, azarkeşləri maraqlı qarşılaşma gözləyir. Şəxsən stadionda komandamı dəstəkləyəcəyim anı gözləyirəm. Hər kəsi bu oyuna dəvət edirəm. Xüsusilə azarkeşlərimizi oyuna dəvət edir, onların oyunun keçiriləcəyi stadionu doldurmasını istərdim".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |