Ağasəlim Mircavadov: "Bu oyunda psixoloji durum böyük rol oynayacaq".

08.09.2011 | 6371 dəfə oxunub

Premyer Liqanın beşinci turunun mərkəzi görüşü sözsüz ki, "Xəzər Lənkəran" – "Neftçi" qarşılaşması olacaq. Stadium.az xəbər verir ki, mövsümə uğurlu start verən Lənkəran təmsilçisi fırtınalar meydanında əzəli rəqibini qəbul edəcək. Vaxtilə hər iki komandanı çalışdırmış Ağasəlim Mircavadov "Böyük oyun"un nə vəd etdiyini söylədi: "Böyük oyun"a maraq da böyük olur. Həm azarkeş, həm də komandalar tərəfindən. Lənkəranda onsuz da azarkeşlər oyuna gəlir. Xüsusilədə, derbi oyununa. Geridə qalan 4 tura nəzər salsaq, üstünlük "Xəzər Lənkəran"dadır. "Neftçi" üç, "Xəzər Lənkəran" isə iki xal itirib. Nəzərə alaq ki, "Neftçi"nin bir oyunu da ehtiyat qalıb. Ümumi xalları götürsək, bu oyunun gərgin keçəcəyini söyləmək olar. Ən azından "Neftçi" əzəli rəqibindən uzaqlaşmamaq üçün mütləq qələbə qazanmaq istəyəcək. Öz növbəsində "Xəzər Lənkəran" da xal ehtiyatını artırıb liderliyini davam etdirməyə çalışacaq. Bu baxımdan "Böyük oyun" hər iki komanda üçün vacib sayılır. Belə matçlarda oyunun taleyini lider oyunçular həll edir. Bu oyunda qalib gəlmək istəyən komandada psixoloji durum da böyük önəm daşıyacaq". Ağasəlim Mircavadov Mirça Rednikin "Razıyıq çempion olmayaq, amma "Neftçi"ni udaq" açıqlamasına da münasibət bildirdi: "Hər bir baş məşqçinin öz fikri var. Ona da hörmətlə yanaşmaq lazımdır. Bu oyunda qələbə qazanacaq komandanın çempionluq şansları çoxalacaq. Beşinci tur olmasına baxmayaraq bunu indidən söyləmək olar. Məsələn, ötən mövsüm "Neftçi" qalib gələrək rəqiblərindən uzaqlaşdı. Ona görə indidən rəqiblərdən uzaqlaşmaq lazımdır. Rednikin mətbuata daha bir açıqlamasını oxumuşam. O, deyib ki, orta xətti hələ ki, tapa bilməmişəm. Məhz həmin mövqedəki oyunumuzu axtarırıq. Bu oyunda hər iki komandaya uğurlar arzulayıram".

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail