Hafiz Məmmədov: "Bu nəticə bizi məyus etmir"

23.05.2015 | 8251 dəfə oxunub

"Bakı"nın prezidenti Hafiz Məmmədov komandasının cari mövsümdəki çıxışından razıdır. Stadium.Az xəbər verir ki, klub prezidenti dünən “Neftçi”yə qarşı baş tutan oyundan sonra (0:0) komanda üzvlərini təbrik edib. Mövsüm boyu gənclərin əzmkar mübarizə apardığını vurğulayan Hafiz Məmmədov, “Bakı”nın daim Azərbaycan futboluna xidmət etdiyini vurğulayıb:

"Neftçi" ilə oyun “Bakı”nın cari mövsümdəki son ev qarşılaşması idi. Komanda çox yaxşı təsir bağışladı. Göstərilən oyuna görə futbolçulara təşəkkür edirəm. Onlar əsl kollektiv kimi mübarizə apardılar. İnanıram ki, bu uşaqlar gələcəkdə Azərbaycan futboluna daha böyük xeyir verəcəklər. “Bakı” bu mövsüm 9-cu yeri tutdu. Amma bu nəticə bizi məyus etmir. Çünki bu, onların böyük futbolda ilk addımlarıdır. “Bakı” vuruşqan komanda təsiri bağışladı. Bu gün komandamızda gənclərin oynaması Azərbaycan futboluna böyük fayda verəcək. Hazırda Premyer Liqanın bir çox klublarında “Bakı”nın yetirmələri oynayır. Bu, bizim düzgün iş apardığımızın göstəricisidir. İnanıram ki, hazırki heyətdə yer alan gənclər daha böyük uğurlar əldə edəcəklər. “Bakı” klubunun əsas məqsədi daim Azərbaycan futboluna xeyir vermək olub. Bu gün “Bakı”da oynayan gənclər yaxın gələcəkdə milli komandamızda da əsas söz sahibləri olacaqlar".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

03.04.2020

02.04.2020

01.04.2020

31.03.2020

30.03.2020

29.03.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ