"Biz kəmiyyətə yox, keyfiyyətə üstünlük verəcəyik"

26.05.2015 | 1742 dəfə oxunub

Bu gün keçirilən oyunlarla AFFA-nın təşkil etdiyi U-14 Liqasında 2014/15 mövsümünə yekun vurulub. Stadium.Az xəbər verir ki, öncə III yer uğrunda görüş baş tutub ki, burada "Rəvan” PFK ilə "Neftçi” PFK üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə üstələyən "aslanlar” bürünc medallara sahib çıxıblar.

Final matçında isə "Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən "İnter” ölkə çempionu olub.

Mükafatlandırma mərasimindən sonra "Rəvan” PFK-nın U-19 komandasının baş məşqçisiRəşad Hüseynov və "Rəvan” Futbol Akademiyasının rəhbəri Bəhmən Həsənov klubun rəsmi saytına danışıblar.

Qarşıya qoyulan tapşırığın öhdəsindən gəldiklərini söyləyən R.Hüseynov, əziyyətlərinin bəhrəsini gördüklərini ifadə edib: "Rəvan” Futbol Akademiyasında işə başlayanda, U-14 komandasına Fizuli Məmmədov rəhbərlik edirdi. Baş məşqçi postunda onu əvəzləsəm də birgə çalışmağa davam etdik. Fizuli müəllim mənə U-14-ün hazırlıq prosesində, məşqlərində yardımçı oldu, mən isə onun başçılıq etdiyi U-19-da köməkçi-məşqçi qismində əlimdən gələni etdim. U-14 komandasını yayda formalaşdırdıq, yeni bir heyət yığdıq. Akademiyanın yetirməsi olan 3-4 futbolçu istisna olmaqla, digərlərini seleksiya prosesindən sonra kollektivə cəlb etdik. Mövsümün əvvəlində qarşımıza ilk "üçlüy”ə düşmək tapşırığı qoyulmuşdu. Finala çıxa, çempion da ola bilərdik. Təəssüf ki, yarımfinal mərhələsinin ilk oyununda "İnter”lə qolsuz bərabərə qaldıq, cavab matçında isə 0:1 hesabı ilə uduzduq. Üçüncü yer uğrunda görüşdə isə "Neftçi”ni məğlub edib, bürünc medallara sahib çıxdıq. Nəticəni qənaətbəxş sayıram. Əziyyətimizin bəhrəsini gördük. Komandanın hər bir üzvünü təbrik edirəm. Həmçinin mövsüm ərzində bizə dəstək olan, komandanın matçlara lazımı şəkildə hazırlaşmaq üçün hər cür şərait yaradan klub rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

B.Həsənov isə əldə olunan nailiyyətin aparılan düzgün işin bəhrəsi olduğunu bildirib: "Daha öncə də söyləmişdim ki, biz kəmiyyətə yox, keyfiyyətə üstünlük verəcəyik. Mövsümün sonlarına doğru daha çox perspektiv vəd edən yaş qruplarına diqqət ayırdıq və bunu da doğru qərar olduğunu gördük. U-14 komandasının üzvlərindən bir çoxu "Rəvan” Futbol Akademiyasında məskunlaşan oyunçulardır. Hansı ki, onları rayonlarda apardığımız seleksiya işləri nəticəsində tapıb, heyətə cəlb etmişik. U-14 Liqasında güclü komandaların olduğunu vurğulamalıyam, maraqlı mövsüm oldu. "Qəbələ”, "İnter”, "Neftçi” kimi klubların yaxşı komandaları var. "Rəvan”ın da ən yaxşılar arasında olduğunu qeyd etməliyəm. Bunu komandanın əldə etdiyi bürünc medal da sübut edir. Bilirsiniz, təsadüfi uğur olmur. Komandanın nailiyyəti aparılan düzgün, səmərəli işin bəhrəsidir. "Rəvan” Futbol Akademiyasında futbolçuların məşq keçmələri, qidalanmaları, istirahət etmələri, yaşamaları üçün hər cür şərait yaradılıb. Belə olan halda, məşq prosesi düzgün aparılarsa, nəticə də olacaqdır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə