"İnter" mənə doğma komandadır" - MÜSAHİBƏ

27.05.2015 | 2730 dəfə oxunub

"İnter"in əsas komandasının gənc yarımmüdafiəçisi Mansur Nəhavəndi klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xbər verir ki, istedadlı utbolçu əvəzedici heyətin çempion olmasından danışıb, son oyun barədə fikirlərini bildirib və klubla bağlı planını açıqlayıb.


- Mansur, ilk növbədə çempion olmağınız münasibətilə təbrik edirəm.
- Çox sağ olun, minnətdaram.

- Çempionluğa aparan yolu necə qiymətləndirirsən?
 - Turnir çox çətin keçdi. Ötən il ilə müqayisədə, cari mövsümdə liderliyə daha çox komanda can atırdı. Amma biz uğura addım-addım yaxınlaşdıq, öz oyunumuzu düşündük və hədəfimizə çatdıq. “İnter” komandasının daha güclü olduğunu bir daha təsdiqləməkdən böyük məmnunluq duyuruq.

- Son oyunda komanda üzvləri ötürmələrdə tez-tez səhvlərə yol verirdi. Bunu çempionluğa çox yaxın olmağın həyəcanı ilə izah etmək olar?
- Bəli, hamı bilirdi ki, çempionluğun astanasındayıq və hər birimizin üzərinə böyük məsuliyyət düşürdü. Həyəcanın olması futbolçuların oyununa təsir göstərirdi. Ancaq oyun ərzində əlverişli məqamlardan istifadə edərək qələbə qazanmağı bacardıq və istədiyimizə nail olduq.

- “İnter” artıq iki mövsümdür çempion olur. Bu uğuru nə ilə əlaqələndirərdin?
- İlk növbədə “İnter” rəhbərliyinin bizə olan inamı və yaratdığı şərait ilə, eləcə də məşqçilər korpusunun dayanmadan üzərinə düşən işləri layiqincə yetirmələrilə əlaqələndirərdim. Çemponluq titulumuzun qorunması üçün məşqçilər və futbolçular kollektiv olaraq çalışdılar, gərgin və çətin çempionluq yolunu uğurla başa vurdular. “İnter” rəhbərliyinin və məşqçi korpusunun, eləcə də azarkeşlərin bizə olan ümidlərini doğrulda bildiyimiz üçün çox sevinirik.

- Artıq uzun müddətdir “İnter” klubunun uğurları üçün çalışırsan. Əsas komandanın heyətində yer almısan və təlim-məşq prosesinə cəlb edilirsən, mütəmadi olaraq əvəzedici heyətdə meydana çıxırsan. “İnter”lə bağlı sonrakı planın barədə məlumat verə bilərsən?
- İki ilə yaxındır əsas heyətə cəlb olunmuşam. Ötən müddət ərzində özümü yaxşı tərəfdən göstərməyə çalışmışam. Əsas məqsədim ilk 11-likdə yer almaqdır. Mən futbola oynamağa “İnter” klubunda başlamışam. “İnter” mənə doğma komandadır və bundan sonra da klubun uğurları üçün var gücümlə çalışacağam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2019

19.11.2019

23:05  Slovakiya - Azərbaycan -HEYƏTLƏR

18.11.2019

20:52  "İmarət" Ağdamda - FOTOLENT

15:50  "Qarabağ" - "Düdelanj" - biletlər satışda

17.11.2019

04:05  İsrail - Polşa - 1:2 VİDEO

03:47  Almaniya - Belarus - 4:0 VİDEO

02:10  Rusiya - Belçika - 1:4 VİDEO

16.11.2019

20:31  Azərbaycan - Uels -HEYƏTLƏR

09:22  Uels millisinin məşqindən FOTOLENT

02:56  İspaniya – Malta - 7:0 VİDEO

15.11.2019

02:07  Fransa - Moldova - 2:1 VİDEO

14.11.2019

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə