Premyer Liqada 2014/15 mövsümü: 143 oyuna 351 qol

31.05.2015 | 2705 dəfə oxunub

Premyer Liqanın sonuncu – 36-cı turunda mövsümün 350-ci qolu vurulub. Stadium.Az xəbər verir ki, yubiley qoluna “Neftçi”nin futbolçusu Elşən Abdullayev imza atıb. O, AZAL-la paytaxt derbisində hesabı açmaqla buna nail olub. Həmin qarşılaşmada Nicat Qurbanovun vurduğu top isə mövsümdə sonuncu olub.

Mövsümün ilk qolunu 2014-cü il avqustun 9-da “Xəzər Lənkəran”da çıxış edən Rauf Əliyev AZAL-ın qapısına vurmuşdusa, sonuncu topu paytaxt təmsilçisinin özü rəqib qapısından keçirib. 351 qolun vurulduğu çempionatın orta məhsuldarlığı 2,45-ə bərabər olub. Bu qollardan 206-nı meydan sahibləri, 145-ni qonaqlar vurub. İlk yarıda 175, fasilədən sonra 176 qol qeydə alınıb. Meydan sahibləri hər iki hissədə üstün olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail