Şahin Diniyev seçimini etdi

02.06.2015 | 3314 dəfə oxunub

"Kəpəz" klubu Azərbaycan Premyer Liqasında ilk ev oyununu Yevlax şəhər stadionunda keçirəcək. Stadium.Az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Şahin Diniyev qonaq olduğu "Qol" verilişində xəbər verib. 

Təcrübəli mütəxəssis bildirib ki, sırf azarkeş amili nəzərə alaraq ilk oyunu Bakıda yox, əyalətdə keçirmək qərarına gəliblər: "Gəncə şəhər stadionunda 3500 nəfərlik tutumu olan süni örtüklü stadion tikilir. Ehtiyat meydança 3 ay ərzində hazır olacaq. Sonra əsas meydançada təmir işləri gedəcək. Həmin ərəfədə baza təhvil veriləcək. Ən pis halda ilk oyunumuz Yevlaxda olacaq. Çünki azarkeş amilini nəzərə almaq lazımdır. Gəncədə ağıllı azarkeşlərin sayı həmişə çox olub. Gəncəli azarkeşlər "Kəpəz"in yenidən Premyer Liqaya qayıdışına çox sevinirlər. Ona görə də çalışacağıq ki, ilk görüşümüz Bakı çempionatı kimi olmasın. Ən pis halda Yevlaxda, stadionumuz hazır olsa, Gəncədə oynayacağıq".

"Kəpəz" klubundan daha öncə Gəncə şəhər stadionu hazır olmayacağı halda, Bakıdakı "Dalğa Arena"da rəqiblərini qəbul edəcəyi bildirilirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail