"Qəbələ" Qazaxıstana getdi

04.06.2015 | 2972 dəfə oxunub

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda yay fasiləsində Qazaxıstanda təşkil olunan yarışda qüvvəsini sınayacaq. Bu gün Almatı şəhərinə yollanan “qırmızı-qaralar” 4 komandanın qatıldığı dairəvi sistemli yarışın mükafatları uğrunda mübarizə aparacaq.

Sabah məşq edib, ilk tura hazırlaşacaq “Qəbələ” iyunun 5-də turnirin açılış oyununda meydana çıxacaq. Həmin gün saat 10:00-da başlayacaq matçda komanda yerli “Kayrat”la üz-üzə gələcək. Ertəsi gün futbolçular ikinci sınağa çıxacaq. Bu dəfə rəqib Almatı klublarının yığma komandası olacaq. Qarşılaşma saat 12:15-də start götürəcək. Ertəsi gün futbolçulara istirahət verən təşkilatçılar onların məşqi ilə yanaşı, şəhərə ekskursiyasını da planlaşdırıb. İyunun 8-də isə turnirin son oyunları keçiriləcək. “Qəbələ” saat 10:00-da başlayacaq matçda Qırğızıstanın “Abdış-Ata” komandası ilə görüşəcək. İyunun 9-da digər iştirakçılar kimi istirahət edəcək “qırmızı-qaralar” ertəsi gün vətənə dönəcək.

“Qəbələ” Almatı şəhərindəki turnirə 18 futbolçu ilə yollanıb. Bunlar Sərxan Osmanov, Elməddin Sultanov, Aqil Məmmədyarov, Elvin İmanlı, Faiq Hacıyev, Kamran Quliyev, Osman Soltanov, Vüsal Ələkbərli, İlkin Abdullayev, Məhəmməd Abbaslı, Nəbi Məmmədov, Əli Məzahirli, Əli Sadıqov, Rüstəm Nuriyev, Tunar Mütəllimov, Nurlan Cəfərov, Cavidan Qasımlı, Tural Əjdərlidir.

“Qəbələ” ötən ay başa çatan U-16 Liqasında 2-ci yeri tutub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail