Samir Əliyev: "Uşaqlar pullarını ala bilmirlər, buna görə həvəssiz oynayırlar"

12.09.2011 | 5485 dəfə oxunub

“Qəbələ” ilə oyunda meydana çıxmamağımın səbəbi var idi. Belə ki, problemlərim var idi və icazə alıb Bakıya gəlmişdim”. Stadium.az xəbər verir ki, bu sözləri “Turan”ın hücumçusu Samir Əliyev deyib.
Yayda “Turan”la müqavilə imzalayan forvardın son oyunda meydana çıxmaması maraq doğurmaya bilməzdi. Düzdür, Tovuz təmsilçisi ilə anlaşan vaxt Əliyev formada deyildi. Bunu baş məşqçi Əsgər Abdullayev də açıqlamasında etiraf etmişdi. Ancaq hücumçu komanda ilə məşqlərdə iştirak etdiyini və oynamaq istədiyini vurğulayıb: “Məşqlərdə iştirak edirəm. Oynamaq istəyirəm. Tam formada olmasam da hazırlığımı davam etdirirəm”.
“Qəbələ” ilə oyunu izlədiyini də bildirən yığmanın sabiq hücumçusu komandada maliyyə problemlərinin olduğunu və bunun nəticəyə təsirsiz ötüşmədiyini etiraf edib: “Qəbələ” evdə oynayırdı və güclü komandadır. “Turan”da maliyyə problemi var. Uşaqlar pullarını ala bilmirlər. Buna görə də həvəssiz oynayırlar. Rəhbərlik isə düzələcəyini deyir. Komanda Qəbələyə oyuna da oyun günü yollanmışdı. İstər-istəməz yorğunculuq var idi”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail