El Harabi rəsmən "Qarabağ"da!

16.06.2015 | 9210 dəfə oxunub

Ağdam klubu futbolçunu heyətinə qatıb.

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın  Fransa Liqa 1 təmsilçisi `Lans`da forma geyinən Alharbi El Jadeyaouinin keçidini həll edib. 29 yaşlı əlcəzairəzilli futbolçu vinger mövqeyində oynayır. Yarımmüdafiənin hər 2 cinahında oynamağı sevir. Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbinin  karyerasının ən yaxşı mövsümü sonuncu ili olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb.  Son illər yüksələn qrafiklə fərqlənən futbolçu Mərakeş millisini də çağrılıb.

Bugün futbolçuyla 2 illik müqavilə bağlanılıb.  Alharbi komandada 10 nömrəli futbolkanı daşıyacaq.  Müqavilə bağladıqdan sonra Fransa vətəndaşı olan vinger öz təəssüratlarını paylaşıb:" Bilirəm ki, "Qarabağ" olduqca iddialı və ambisiyaları olan klubdu. Ötən mövsüm Avroliqada "Qarabağ"ın "Sent –Etyen" və "İnter"lə oyunlarını izləmişəm.  Yeni komandam baxımlı futbol oynayır. Daim  hücumda oynamağı sevir. Ona görə də doğru ünvana gəldiyim qənaətindəyəm. Bilirəm ki, yeni gələn futbolçudan azarkeşlər çox şey gözləyir.  İlk məqsədim komandaya tez adaptasiya olub  meydana çıxmaqdı. Çempionlar Liqasında maksimum uğur qazanmaq əlbəttə xoş olardı.  Bunun üçün əlindən gələni edəcəm ki, komandama faydalı olum. Təbii ki, "Qarabağ" uğur qazanmaq üçün gəlmişəm."



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail