Çempionlar Liqasının finalı, yoxsa UEFA Super Kuboku Bakıya gəlir?

20.06.2015 | 8108 dəfə oxunub

“Barselona” və “Sevilya” arasında keçiriləcək UEFA Super Kuboku uğrunda qarşılaşma avqustun 11-də Tiflisdəki “Dinamo” stadionunda baş tutacaq. Stadium.az xəbər verir ki, növbəti illərdə Avropa Liqasının və ya Çempionlar Liqasının final mərhələsinin, yaxud UEFA Super Kuboku oyununun Azərbaycanda təşkili mümkündümü? Bunun üçün hansısa təkliflər varmı? 

AFFA-nın vitse-prezidenti, deputat Rauf Əliyevin fikirlərini öyrənib. O bildirib ki, 2017-ci ildə 17 yaşadək futboçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək: "I Avropa Oyunları onu göstərdi ki, Azərbaycan nəinki Avropa, hətta Olimpiya Oyunları keçirə bilər. Bunun üçün bizim 65 min nəfərlik Bakı Olimpiya Stadionumuz var. UEFA kubokunun finalını yüksək səviyyədə Azərbaycanda keçirə bilərik. Buna tam hazırıq və bu məsələ ilə bağlı heç bir problem yoxdu. Azərbaycanda idman icra strukturu o qədər təkmilləşib ki, həm Avropa Liqasının, həm Çempionlar Liqasının final oyununu, həm də UEFA Super Kuboku oyununun Azərbaycanda təşkilində heç bir problem yoxdu.

2020-ci ildə Avropa çempionatının bir qrup mərhələsi sırf Azərbaycanda keçiriləcək. Artıq UEFA-nın İcraiyyə Komitəsi bunu təsdiq edib. Gələcəkdə ola bilər ki, Avropa və dünya Çempionatı, Avropa Liqası və Çempionlar Liqasının final oyunları Azərbaycanda təşkil olunsun. Bu cür idman oyunlarına ev sahibliyi etməyə Azərbaycan tam hazırdı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail