Roman Qriqorçuk: "İnanıram ki, növbəti matçda hər şey yaxşı olacaq"
"Qəbələ"nin baş məşqçisi Roman Qirqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsində səfərdə"Dinamo"ya (Tiflis) 1:2 hesabı iməğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.
-Biz Qriqorçuku son oyunlarına görə bəyənmişdik. Bugünkü oyunda "Qəbələ" qorxaq oyun nümayiş etdirdi...Bu matçdakı "Qəbələ" əvvəlki komanda deyildi.
- Bizdən yaxşı oyun gözlədiyinizi bilirəm. Mən də belə istəyirdim. İnanıram ki, növbəti matçda hər şey yaxşı olacaq. Avroliqaya hazırlıq üçün vaxtımız az oldu. Komandada dəyişikliklər var idi. Birinci hissədə pis oynadıq. Futbolçularda narahatlıq var idi. Başa düşürəm ki, bu cür məğlubiyyətdən sonra özümüzə gəlməyimiz asan olmayacaq. Ancaq bilirəm ki, növbəti matçlarda yaxşı oynayacağıq. Bu gün oyunumuz alınmadı. Çox təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik.
- Rəqib azlıqda qalsa da, qollar vurmağı bacardı. Bunu necə başa düşmək olar?
- Bu, futbol oyunudur, hokkey deyil. Futbolda azlıqda qalan komanda qol vura bilər. Bu da səhvlərdən qaynaqlanır. Sadəcə, rəqib azlıqda düzgün oynadı. Biz isə kobud səhvlər etdik. Mən belə səhvləri gördükdə hiddətlənirəm. Komandanın formalaşması üçün zamana ehtiyac var. Bəlkə də, ilk oyun olduğu üçün bu qədər səhvlər oldu.
- Dodo ilə Rəşad Sadiqovu meydana gec buraxdığınızı düşünmürsünüz?
- Bu əvəzetmələrlə oyunu dəyişmək istədik. Rikardinyo hücumameyillidir, Rəşad oyunu üzərinə götürməyi bacarır. Dodo isə tam hazır deyildi. Az məşq etmişdi. Zədədən döndükdən sonra yenidən zədə almışdı. Onu gec oyuna daxil etdiyimi düşünmürəm.
- Növbəti mərhələ barədə nə düşünürsünüz?
- Bizim hədəfimiz cavab oyununu daha yaxşı keçirməkdir. Cavab matçında bugünküdən daha yaxşı çıxış etməliyik və bu səhvləri təkrarlamamalıyıq.
- Şanslarınızı necə dəyərləndirirsiniz?
- Şansımız qalır. Amma konkret neçə faiz olduğunu deyə bilmərəm. Cavab görüşündə imkanlarımızdan yararlanmağa çalışacağıq.
- Bu matçdakı səhvləri cavab görüşünə qədər düzəldə biləcəksiniz?
- Müdafiədə səhvlərə yol verdik. Ötən mövsüm təxminən 20 oyun keçirmişik. Bu müddətdə müdafiənin mərkəzində belə səhvlər etməyimiz hələ yadıma gəlmir. Mərkəz müdafiəçi yerini tərk edir, digəri onu sığortalamır. Ürfan Abbasov da mərkəzə çəkilmir bu anda. Ümumilikdə bu gün bizim günümüz deyildi.
- 10 nəfərlə oynayan gənc futbolçulara uduzmaq nə dərəcədə ağırdır?
- Mən bu suala artıq cavab vermişəm. Buraxdığımız səhvlər fərdi idi. Qol epizodları yaradıb fərqlənməli idik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |