"Mladost" - "Neftçi" oyunundan sonra futbolçular əlbəyaxa davaya çıxdılar VİDEO

10.07.2015 | 3957 dəfə oxunub

Avropa Liqasının I təsnifat mərhələsinin Monteneqroda "Mladost"la Azərbaycanın "Neftçi" komandaları arasında keçirilmiş cavab görüşündən sonra 3 futbolçuya qırmızı vərəqə göstərilib.

Stadium.az xəbər evrir ki, bunlar "Neftçi"dən Aylton və Maksim Vaylo, meydan sahiblərindən isə Miloş S.Raduloviçdir.

Onlar 90+9-cu dəqiqədə final fiti səsləndirildiyi vaxt baş vermiş kütləvi toqquşma ilə əlaqədar qovulublar. "Neftçi"dən rəqibini vuran Aylton, eləcə də ehtiyat qapıçı Vaylo, "Mladost"dan isə toqquşmayadək əvəzlənmiş Raduloviç hakimin qəzəbinə tuş gəlib. Davayadək Ayltonun 58-ci, Raduloviçin isə 79-cu dəqiqədə sarı vərəqəsi olub. Meydan sahiblərinin futbolçusu sarı vərəqə aldıqdan 1 dəqiqə sonra yerini komanda yoldaşına verib.

İnsidentlə əlaqədar UEFA İntizam Komitəsinin hər 3 futbolçuya sərt cəzalar tətbiq edəcəyi, klubları isə ciddi cərimələyəcəyi gözlənilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail