"NEFTÇİ" - ƏFSAnədən rəksanəyə ...
“Neftçi” hazırda acınacaqlı vəziyyətdədir. İş ondadır ki, bunlar Avropa Liqasında həvəskar komanda səviyyəsində olan “Mladost”u keçə bilmir. Ancaq komandanın acınacaqlı durumda olması bununla bağlı deyil. Bəlkə də, bu məqam da öz sözünü deyir. Ancaq “komanda udar da, uduzar da”, “hər nəticəyə hazır olmaq lazımdı” kimi futbol deyimlərini nəzərə alsaq, bu məqamı tapdalayıb – lap elə ayaqlar altına alıb susaraq keçmək olar.
İşin faciəvi tərəfi isə ondadır ki, indi “Neftçi” rəhbərliyi bu komandanı ayaqlar altına alıb. “Neftçi”ni faciəvi duruma soxmayıblar, hər keçən gün klubu buna daha da yaxınlaşdırmaq üçün sanki zorlayırlar. “Neftçi” indi tənha, sözün mədəni formasında desək, başına oyun açıqlan, ancaq səsi eşidilməyən, sorağına yetilməyən, köməyinə çatılmayan bir bəndə təsiri bağışlayır.
Çünki klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin işi ancaq klounluq etməkdi. Faktiki olaraq ölkənin ən köklü və ən böyük klubu Elnur Məmmədovun əlində gilinc qalıb və gülünc olmaqdadır. Elnur “Neftçi”ni yəhərləyib, yüyənləyib, dərə aşağı da çapır, dərə yuxarı da. Çox insafsız adamdı, mindiyinə yazığı gəlmir. Axırda çərlədəcək...
Çingiz Abdullayevi heç Novruz bayramının gözəl təlamlarından olan bu şənliyin qozuna da almayan Məmmədov, istədiyini “Neftçi”yə gətirir, xoşu gəlməyənləri də klubdan uzaqlaşdırır. Lənət görən şeytana deyib, bunu da qoyduq bir kənara.
Bu Elnur Məmmədov son açıqlamasında deyib ki, “Neftçi” bax indi əsil xalq komandasıdır”...
Beləsinə cavan qaqaşdar öz aralarında danışanda “əəəə durrrrr...” ifadəsini işlədirlər. Nə qədərdə axmaq sözdür, hə? Məmmədovun düşüncəsinə nəzərən vəziyyəti qiymətləndirsək belə qərara gəlirik ki, bir komandanın xalq komandasına çevirilməsi üçün onun mütləq bir həvəskar kluba uduzması lazımdı. Ya sabr!...
Klub üçün əlindən, əməlindən “mən demişəm, yenə deyirəm, “Neftçi” bir əfsanədir” deməkdən başqa heç nə gəlməyən sözdə klub rəhbəri olan Çingiz Abdullayev hara baxır? 30 milyon kitabı satılan bir yazıçı Elnur Məmmədovun ağzını karvansaray qapsına döndərib danışdıqlarına qiymət verə bilmir? Yoldaş Çingiz Abdullayev, belə getsə sizin o əfsanə dediyiniz “Neftçi”dən heç rəksanə də olmayacaq...
Elnur BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |