“Neftçi İdman Klubu”nun rəsmi saytı fəaliyyətə başladı

16.07.2015 | 2810 dəfə oxunub

“Neftçi İdman Klubu” İctimai Birliyinin rəsmi internet səhifəsi - “neftchi.org” saytı artıq fəaliyyətə başlayıb. Öz zənginliyi ilə seçilən sayt bir neçə bölmədən ibarətdir. Klub bölümündə rəhbərlik, klub, struktur, tarix və dəyərlərimizlə tanış olmaq mümkündür. Xəbərlər bölməsində klubun fəaliyyəti, idmançılarımızın müxtəlif səviyyəli yarışlarındakı çıxışları və əldə etdikləri nailiyyətlər haqda ən yeni məlumatlar yer alır. İdman növləri bölümündə klubda mövcud olan çoxsaylı idman növləri müxtəlif sektorlara bölünərək yerləşdirilib: təkmübarizlik növləri, oyun idman növləri, döyüş növləri, silsiləvi və tətbiqi idman növləri və paralimpiya sektoru. Uğurlar bölməsində muzey, çempionlar və hesabat yer alırsa, multimediada foto və videolarla tanış ola bilərsiniz. İnfrastruktur bölməsində isə qurumun inzibati binası, idman qurğuları və istirahət mərkəzləri haqda məlumat əldə etmək mümkündür. Rəsmi saytımızda yerləşdirilən xüsusi bannerlərdə ümummilli lider Heydər Əliyevin idmançılara diqqət və qayğısı, prezident İlham Əliyevin olimpiya hərəkatındakı xidmətləri, SOCAR rəhbərliyinin “Neftçi İdman Klubu”nun üzvləri və neft zəhmətkeşləri ilə görüşləri öz əksini tapıb.
İnanırıq ki, rəngarənəliyi ilə seçilən “neftchi.org” saytını bəyənəcək və onun daimi izləyicilərinə çevriləcəksiniz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail