"Neftçi" Doraxini biabırçılığına aydınlıq gətirdi
"Neftçi" İranın "Persopolis" klubunun üzvü Mobin Doraxini Bakıya baxışa dəvət edib, sonradan futbolçu ilə maraqlanmaması barədə biabırşılığa rəsmi münasibbət bildirib.
Stadium.az xəbər verir ki, "Neftçi"nin mətbuat xidmətinin katibi Gündüz Abbaszadə sözügedən məsələylə bağlı sosial şəbəkədəki profilində açıqlama yayıb. Açıqlamanı olduğu kimi təqdim edirik:
"Əziz dostlar, hörmətli idman jurnalistləri. İranlı futbolçu Doraxi ilə bağlı xəbərə gec də olsa, münasibət bildirməyi borc bildik. Əvvəla, xəbəri yayan dostlarımız peşəkarlıqdan "dərs keçərək", "Neftçi"ni qeyri-peşəkar adlandırır. Dəvət məktubuna diqqətlə baxın. İranlı futbolçuya baxışa dəvət klubumuz tərəfindən mayın 24-dən 29-dək göndərilib. Çünki klubumuza təklif olunmuş futbolçuya həmin ərəfədə baxmaq və yoxlamaq üçün imkanımız var idi. Onun meneceri ilə danışıqlarda da tarixin önəmi vurğulanmışdı. Çünki həmin tarixdən sonra komandamız çempionatın son turunun oyununu başa vurub, kubokun finalına hazırlaşacaqdı və biz həmin ərəfədə düşərgədə başqa futbolçunun olmasını məqsədəuyğun hesab etmirdik. Bizim istəyimizlə futbolçu daha öncə razılaşmışdı. Lakin sonradan Doraxinin çıxış etdiyi "Persepolis" klubunun Asiya Çempionlar Liqasında Səudiyyə Ərəbistanının "Əl Hilal" komandası ilə oyunu olduğu, bu səbəbdən Bakıya gələ bilməyəcəyi deyildi (oyun mayın 26-da keçirilib). Kubokun finalından sonra komandanın istirahətə buraxılacağı bəlli idi. Doraxi bizim istədiyimiz tarixlərdə gəlmədiyi üçün məsələ bağlandı. Məsələyə gec münasibət bildirməyimizin səbəbi bəzi detalları dəqiqləşdirmək idi. Bu müddətdə bizə məlum oldu ki, Doraxi nəinki dəvət göndərdiyimiz tarixlərdə, o tarixdən sonra da Azərbaycana gəlməyib. Düzdü, bu ərəfədə bəzi iranlı futbolçular Azərbaycana klub tapmaq üçün gətirilib. Hətta onlar "Neftçi"yə də təklif olunub. Lakin onların arasında Doraxi olmayıb.
P.S. "Neftçi"ni qeyri-peşəkar adlandıran həmkarlarımın bu dəfə peşəkarlıq nümayiş etdirirək, mövqeyimizi dərc edəcəklərinə əminəm. Necə ki, Doraxi xəbəri təqdim edilmişdi. Manşetlərdə...".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |