“Qəbələ” Futbol Akademiyasının bütün məşqçiləri bəlli oldu

21.07.2015 | 3011 dəfə oxunub

Yeni mövsümdə “Qəbələ” Futbol Akademiyasının komandalarında calışacaq məşqçi heyətinə aydınlıq gəlib. 

Stadium.az klubun akademiyasının rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, bu, mövsümün yekunları ilə bağlı akademiya rəhbərliyinin və işçi heyətinin iştirakı ilə keçirilən daxili iclasında açıqlanıb. 

Bu barədə “Qəbələ İK”ə akademiyanın direktoru Stenli Brard məlumat verib. Hər il olduğu kimi bu dəfə də məşqçi yerdəyişmələri klub və akademiya rəhbərliyi tərəfindən həyata keçirilib. Məqsəd məşqçilərə müxtəlif yaş qruplarından olan kollektivlərlə iş təcrübəsi qazandırmaq, eyni zamanda futbolçuların yeni məşq tərzləri ilə tanışlığına şərait yaratmaqdır. Bu, həm də, uşaqların müxtəlif futbol baxışları olan məşqçilərə uyğunlaşması baxımından vacibdir.

Akademiyada ən yuxarı yaş qrupu olan U-19 komandasını, ötən mövsümdə olduğu kimi, Hüseynqulu Quliyev çalışdıracaq. Xatırladaq ki, “Qəbələ”nin 19 yaşlılardan ibarət komandası ötən mövsüm Quliyevin başçılığı altında Azərbaycan çempionatının bürünc medalına sahib olub.
“Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının hazırlığına görə bundan sonra Emin İmaməliyev məsuliyyət daşıyacaq. Ölkəmizin təcrübəli və titullu sabiq futbolçusu, Azərbaycan millisinin keçmiş üzvü olan İmaməliyev “Qəbələ” Futbol Akademiyasında ötən ildən çalışır. Gənc mütəxəssis məşqçi kimi ilk titulunu məhz “Qəbələ”də qazanıb. Ötən mövsüm akademiyanın 17 yaşlılardan ibarət komandasında çalışan İmaməliyev bu kollektivlə Azərbaycan çempionu və kubokun sahibi olub.

16 yaşlılardan ibarət kollektiv də veteran futbolçuya, karyerasının son illərini “Qəbələ”nin əsas komandasında çıxış etmiş Yaşar Abuzərovun ixtiyarına verilib. Xatırladaq ki, Yaşar ötən il 11 yaşlılardan ibarət komandaya başçılıq edib. 15 yaşlıların hazırlığı ilə futbolda olduğu kimi məşqçilikdə də sözünü demiş Xaqani Məmmədov məşğul olacaq. Yeri gəlmişkən, akademiyada hücumlarla işləyən məşqçi kimi çalışmağa başlayan Məmmədov rəhbərlik etdiyi U-14 kollektivi ilə ötən mövsüm “U-14 Elit Kuboku”nun qalibi olmaqla yanaşı, Azərbaycan çempionatının gümüş medallarını da qazanıb. Demək, gənc mütəxəssis ikinci il eyni kollektivlə çalışacaq.

“Qəbələ”nin 14 yaşlı futbolçularının hazırlığı gənc, lakin yetərincə təcrübəli mütəxəssis Famil Xəlilova həvalə edilib. Son bir neçə ildə “Qəbələ”nin 15, 16 və 17 yaşlılardan ibarət kollektivlərini çalışdıran Xəlilov müxtəlif titullara da sahibdir.

“Qəbələ”nin U-13 komandası Ülfət Mədətovun ixtiyarına verilib. Ötənlərin təcrübəli futbolçusu və məşqçisi, həm də seleksiyaçı kimi akademiyaya fayda verən Məmmədov yeni mövsümdə də uğur üstünə uğur gətirməyə çalışacaq.

Akademiyanın ən titullu məşqçilərindən biri Zaur Hacıyev ötən mövsümdə olduğu kimi yenə 12 yaşlı futbolçularla çalışacaq. Futbol ilini çempionatın gümüş medalları ilə yekunlaşdıran Hacıyev yeni mövsümə daha iddialı başlayacaq. Daha aşağı yaş qruplarından olan komandalar - U-11 Namiq Əliyevin, U-10 Anar Surxayevin, U-9 Şəhriyar Kərimlinin, U-7 isə Turxan Umudlunun sərəncamına verilib.

U-17 komandasına başçılıq etmiş və mövsümü “qızıl dubl”la başa vurmuş Ramin Quliyev bundan sonra “Qəbələ”nin əvəzedici komandasına başçılıq edəcək. Sahil Kərimov, Teymur Musayev, Oruc Quliyev və Elçin Rzazadə qapıçı məşqçiləri, Səhruz Mustafayevlə Sahil Nəcməddinov məşqçi kimi fəaliyyətlərini davam etdirəcəklər. Gənc mütəxəssis Sərdar Qafarov videoanaliz proqramını yönəldəcək.

Xatırladaq ki, “Qəbələ” Futbol Akademiyası ötən mövsüm 3 mütəxəssislə yollarını ayırıb. Bunlar qapıçı məşqçisi, türkiyəli mütəxəssis Uğur Kurt, U-15 komandasının sabiq məşqçisi Mehman Yunusov və hollandiyalı fizioterapevt Henk Şolinqdir.

Stenli Brard yeniliklə bağlı “Qəbələ İK”ya qısa açıqlamasında bunları deyib: “İstər akademiyanı tərk edən, istərsə də, yeni mövsümdən bizimlə çalışacaq mütəxəssislər peşəkardırlar, onlara çox böyük hörmətim var. Onlara işlərində uğurlar arzulayıram. Hər bir məşqçim işinin öhdəsindən gəlmək üçün əllərindən gələni edir. Akademiya heyətinə növbəti mövsümdə uğurlar arzulayıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail