Tahir Gözəl: "Komandamın oyununu həyəcanla izlədim"
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının Çempionlar Liqasında üçüncü mərhələy yüksəlməsi ilə bağlı fikirlərini açıqlayıb. Tahir bəy “Qarabağ”ın Azərbaycan üçün önəmli işlər gördüyünü bildirib:
- İşğal olunmuş torpaqları heç vaxt unutmuruq. Təbii ki, torpaqlarımızın işğaldan azad olacağına inanımımız böyükdür. Dövlətimizin həm hərbi, həm də iqtisadi gücü buna imkan verir. Biz buna inanırıq və əminik. Hazırda “Qarabağ” bir milyon məcburi köçkünün ümididir. Ağdamın işğal günü ərəfəsində “Qarabağ”ın Çempionlar Liqasında qələbə qazanması, mərhələ adlaması məcburi köçkünlərin qəlbində belə üzücü gündə təsəllidir, ümid işığıdır. Sevinirik ki, “Qarabağ” FK belə bir məqamda qələbə qazanaraq xalqımızı sevindirə bildi.
- “Rudar”la oyunla bağlı təəssüratlarınız necədir?
- Təbii ki, komandamın oyununu həyəcanla izlədim. Hələ Bakıdakı ilk oyundan sonra rəqib müdafiə olunduğunu və Monteneqroda “Qarabağ”ımızın növbəti mərhələyə çıxacağına inandığımı bildirmişdim. Göründüyü kimi, komandamız bütün matç boyu hücumda oynadı, nəticə qazanmaq üçün əlindən gələni etdi. Komandamızın məzmunlu oyununu Reynaldo vurduğu gözəl qolla tamamladı. Braziliyalı forvard xarakter nümayiş etdirərək nə qədər önəmli oyunçu olduğunu göstərdi. Komandam növbəti mərhələyə yüksəlməyi haqq etdi.
- “Qarabağ”ın növbəti rəqibi dünyaca ünlü “Seltik” klubudur.
- Bəli, “Seltik” dünyanın ən tanınmış komandalarından biridir. Bu klubun tarixinə nəzər saldıqda necə böyük komanda olduğunu görürük. Son illərdə ölkəsinin dəyişməz çempionudu. Məlum olduğu kimi ilk oyun Böyük Britaniyada – Şotlandiyada olacaq. Böyük Britaniyaya viza alınması bir qədər çətin prosesdi. Krallığın ölkəmizdəki səfirinə göstərdiyi həssas münasibətə görə öz təşəkkürümü bildirirəm. Qısa zamanda viza alınması üçün köməyini əsirgəmədi. “Qarabağ” FK daha bir dünya nəhəngini Bakıya gətirəcək. Təbii ki, mən hər zaman olduğu kimi komandama inanıram. “Qarabağ” “Seltik”ə qarşı layiq olduğu şəkildə mübarizə aparacaq. “Qarabağ”ın uğuru Azərbaycanın uğurudu. “Seltik”lə mübarizə hamımız üçün maraqlı çağırış olacaq. “Qarabağ” hər zaman öz əzəmətini qoruyacaq. Nəticə nə olursa olsun, mən komandamın arxasındayam. (klub saytı)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |