"Qəbələ" yeni transferini rəsmən açıqladı

27.07.2015 | 4372 dəfə oxunub

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la (Kipr) ilk oyununun hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Stadium.az xəbər verir ki, bunadək 11 futbolçunu - Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonov, Georgi Floresku, Vojislav Stankoviçi və Vadim Abdullayevi heyətinə qatan “qırmızı-qaralar” daha bir transferi reallaşdırıb. Komandamız bosniya və herseqovinalı futbolçu Ermin Zetslə 1+1 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Qəbələ”yədək vətənində “İskra” (Buqoyno, 2006-2007),  Xorvatiyada “Sibenik” (2007-2010)və "Riyeka"(2014), Türkiyədə "Gənclərbirliyi" (2010-2014), "Balıkəsirspor" (2015) klublarında çıxış edib. O, Bosniya  və Herseqovinanın gənclər və əsas yığmasının da şərəfini qoruyub. 2007-2009-cu illərdə U-21-də 5 oyuna çıxan hücumçu əsas millidə 2008-ci ildə debüt edib. Bu komandada 9 matçda iştirak edən Ermin yeganə qolunu 2010-cu ildə İsveçlə yoldaşlıq oyununda vurub. (klub saytı)



  #1   Adınız: Aqa;   E-mail: [email protected]

27.07.2015 19:50

Bax buna deyerem samballi transfer ...
Yoxsa gedib Braziliyanin heveskarlar
liqasindan , ya da Afrika
cengelliklerinden "oyunçu" getirirler .
Iline de 500000 ( ! ) manat verirler .
Niye bu millet in pulunu havaya
sovururlar , basha düshmürem ...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail