Zaur Svanadze: "Uduzacağımız halda heç kim bizi mühakimə etməyəcək"

30.07.2015 | 3174 dəfə oxunub

Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, o, Bilbaoda keçirilən mətbuat konfransında bunları söyləyib:

"Bilbaoda olmaqdan məmnunuq. "Atletik" yaxşı komandadır. Rəqibi analiz etmişik. Komandaların şanslarını faizlə dəyərləndirmək çətindir. Amma biz layiqli oynamağa çalışacağıq".

"Atletik"in heyətində yaxşı futbolçular çoxdur. Qələbə qazansaq, qəhrəmana çevriləcəyik. Uduzacağımız halda isə heç kim bizi mühakimə etməyəcək. Pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik. Buna nə dərəcədə gücümüzün çatacağını oyun göstərəcək".

"İnter"in maliyyə problemləri var idi. Ümid edirik ki, bundan sonra vəziyyət yaxşıya doğru dəyişəcək. Ötən mövsümkü komandadan hazırda 2-3 futbolçumuz qalıb. Problemlərə baxmayaraq, futbolçularımızın hamısı peşəkardır və onlardan nə gözlənildiyini bilirlər. Bakıdan yaxşı nəticə ilə qayıtmağa çalışmalıyıq. Bu mövsüm cəmi dörd rəsmi oyun keçirmişik. Halbuki, komanda tam hazırlıq dövrü keçə bilməyib".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail