"Eşidirəm ki, bizim uğursuz çıxış etməyimizə səbəb kimi yeni futbolçuların yaxşı çıxış etməməsi səbəb göstərilir"
Ansi Aqolli: “Qarabağ” bu oyunla Avroliqanın
qrupunda oynayacaq”
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Premyer
Liqanın 1-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk
oyun öncəsi fikirlərini açıqlayıb. O, açıqlamasında öncə bunları söyləyib:
"Qəbələ" ilə oyuna
yaxşıhazırlaşmışıq. Çempionata uğurlu start verməyi çox istəyirik. Bu oyunda
qazanacağımız uğur bizim İsveçrənin "Yanq Boyz" klubu ilə Avropa
Liqası matçına daha yaxşı hazırlaşmağımıza da kömək edəcək".
Aqolli Avroliqanın pley-off mərhələsində
onlara rəqib olan İsveçrə klubu barədə də danışıb: "Mən iki il İsveçrə
çempionatında çıxış etmişəm. "Yanq Boyz"un güclü klub olduğunu deyə
bilərəm. Amma bizim hədəfimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqdır.
Bunun üçün də əlimizdən gələni etməliyik. Şanslar barədə yalnız bir söz deyə
bilərəm: hər iki klubun şansı bərabərdir".
Albaniyalı müdafiəçi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubunu keçə bilməmələrinə də toxunub: "Biz əksər komponentlərdə rəqibdən daha yaxşı idik. Qol vurmaq üçün də hər şeyi etdik. Amma mənə elə gəlir ki, bu komanda ilə oyunlarda uğur bizim tərəfimizdə deyildi. Rəqibimiz də çox güclü komanda idi".
Aqolli komandaya yeni qoşulan futbolçuların
çıxışından və həmin oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika
stadionunun qazonundan da söz açıb: "Mən qazonun bizim oyunumuza necə təsir
etməsindən danışmaq istəmirəm. Eşidirəm ki, bizim uğursuz çıxış etməyimizə səbəb
kimi yeni futbolçuların yaxşı çıxış etməməsi səbəb göstərilir. Amma mənə elə gəlir
ki, yeni futbolçularımız yaxşı çıxış etdilər. Qələbə qazanacağımız halda heç
kim onların barəsində bu fikirləri səsləndirməyəcəkdi. Mən bir daha qeyd etmək
istəyərdim ki, qələbə qazanmağı, mərhələ adlamağı çox istəyirdik, yaxşı da
oynadıq. Sadəcə, alınmadı. Biz bu oyunla Avroliqanın qrup mərhələsinə vəsiqə
qazanacağıq". (azerisport)
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |