"Qəbələ"nin futbolçusu: "Hər oyuna qol vurmaq üçün çıxıram"

16.08.2015 | 2981 dəfə oxunub

Azərbaycan Premyer Liqasının II turunun AZAL-la oyunu “Qəbələ”nin ukraynalı legioneri Aleksey Antonov üçün əlamətdar olub. Meydana sonradan daxil olan hücumçu Premyer Liqada ilk qolunu vurmaqla, “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsində pay sahibi olub. 

 

Stadium.az xəbər verir ki, Antonov “Dalğa Arena”dakı qarşılaşma ilə bağlı fikirlərini klubun saytına açıqlayıb:

“AZAL-la oyunumuz ağır alındı. Sevinirəm ki, sonda qalib gəlib, lazım olan nəticəni qazana bildik. Ümumiyyətlə, AZAL deyil, bütün komandalara qarşı oyunlar çətin olur. Demək olar ki, asan rəqib yoxdur. Səfər qarşılaşmasında qol imkanlarından daha yaxşı istifadə etməyimiz sayəsində qalib gəldik. 90 dəqiqə ərzində biz daha çox qol epizodları yaratdıq. Hesabın daha böyük olub-olmaması haqda mülahizələr yürütmək istəməzdim. Əsas 3 xal qazanmağımız idi ki, bunun da öhdəsindən gəldik. Start heyətində yer almayıb, meydana sonradan daxil olmağım baş məşqçinin qərarı idi. Mənim vəzifəm meydana çıxıb, oyunumu göstərib, gözlənilənləri nümayiş etdirməkdir. Bunda qeyri-adi bir şey görmürəm. Nəzərə almaq lazımdır ki, Premyer Liqada legioner limiti də var. Azərbaycan çempionatındakı ilk qoluma gəlincə, yaxşı hücum təşkil etdik. Həmin epizodda mən hücumu dəqiq zərbə ilə tamamladım”. 

Antonov UEFA Avropa Liqasının pley-off mərhələsinin Yunanıstan təmsilçisi “Panatinaikos”la oyunları haqda da fikirlərini açıqlayıb. O bildirib ki, avqustun 20-də Bakıda baş tutacaq ilk görüşdə də azarkeşləri sevindirməyə çalışacaqlar: “Panatinaikos” çox yaxşı komandadır. Yunanıstan təmsilçisi ilə matç çox ağır olacaq. İndi bu matça ciddi hazırlaşmaq lazımdır. Bütünlüklə avrokubok görüşünə köklənəcəyik. Rəqibi dərindən təhlil edəcəyik. İstənilən rəqibə qol vurmaq mümkündür. “Panatinaikos”la matçda da hücumçu kimi qol vurmağa çalışacam. Hər oyuna qol vurmaq üçün çıxıram. Çalışacağıq ki, azarkeşlərimizi qələbə və qollarla sevindirək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail