"Kəpəz"in futbolçusu: "Yorulmamısansa, deməli, yaxşı məşq etməmisən"

02.09.2015 | 1828 dəfə oxunub

“Gündə iki dəfə məşq edirik, hər şey yaxşıdı. Qarşıda yoxlama oyunumuz da var”.

 

Stadium.az xəbər verir ki, bu sözlərin müəllifi “Kəpəz”in futbolçusu Məhərrəm Hüseynovdur. Klubun mətbuat xidmətinə açıqlama verən müdafiəçi Yevlaxdakı təlim-məşq toplanışından danışıb: “Məşq edirsənsə, yoğrunluq olmalıdı. Yorulmamısansa, deməli, yaxşı məşq etməmisən. Mən belə başa düşürəm. Hazırlıqda yükləmə bir az çoxdu deyə yorğunluq qaçılmazdı”.

 

Məhərəm Hüseynov iki il öncə “Kəpəz” elitada çıxış edəndə komandanın sıralarında olub. Cari mövsümün əvvəlində futbolçu yenidən doğma klubuna qayıdıb: “Vaxtımı gözləyirəm, vaxt gələndə mən də oynayacağam. Özümü yalnız məşqdə yox, oyunlarda da göstərmək istəyirəm. Bir gəncəli olaraq tezliklə yerli publikanın önündə meydana çıxmaq arzumdu. Həmişə demişəm ki, buna həvəsliyəm. Gəncədə dolu tribunalar önündə oynamaq ayrı şeydi. Əvvəllər “Kəpəz”də bu ab-havada oynamışam. Yenə bu istəkdəyəm.”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

01.06.2020

12:12  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

30.05.2020

21:35  Depay sağalıb

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ