25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə
AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

"Qrup mərhələsinin tələbləri daha ciddidir"

08.09.2015 | 1600 dəfə oxunub

Bugünlərdə UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan klublarının mətbuat xidmətlərinin rəhbərləri üçün forum keçirib. Forumda Azərbaycanı “Qəbələ” və “Qarabağ” klubları təmsil edib.

“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev səfər təəssüratlarını bölüşüb.


- UEFA tərəfindən təşkil olunan sözügedən tədbir artıq 4-cü dəfədi keçirilirdi. Foruma Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış komandaların mətbuat katibləri dəvət almışdı. Bir neçə klub xaric bütün klubların nümayəndələri konfransda yer almışdı. Gediş-gəliş və otel xərcləri UEFA tərəfindən ödənmişdi. Konfransın məqsədi iki mühim yarışda iştirak edən komandaların mətbuat xidməti rəhbərlərini bir araya gətirmək, UEFA və klubların bir-birinə yaxınlaşmasını, daha səmərəli fəaliyyət göstərməsini təmin etmək, onları son yeniliklərlə tanış etmək idi.

Bundan əlavə oyundan bir gün öncə və oyun günü klubun mətbuat xidmətlərinin üzərinə düşən iş, oyunöncəsi və oyunsonrası müsahibələrin təşkili, yayım hüquqa malik televiziyaların UEFA-nın qaydaları çərçivəsində istəklərinin təmin olunması kimi məsələlər də müzakirə olundu. UEFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pedro Pinto çıxış edərək futbol qurumunda son illərdə reallaşdırılan layihələr barədə məlumat verdi. Müxtəlif ölkələrdə aşağı yaş qrupları və qadın futbolunun inkşafı üçün təşkil olunan proqramlar və statistik rəqəmlər barədə qısa videoçarx konfrans iştirakçılarına təqdim edildi. Tədbirdə müxtəlif klubların media nümayəndələri ilə fikir mübadiləsi etmək imkanımız da oldu. Bir də informasiya və komunikasiya texnologiyaları departamentinin rəhbəri Daniel Marion, "Avropa futbolunda texniki inkişaf" mövzusunda çıxış etdi. 

- Avroliqanın qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda yer alan “Borussiya”, “Krasnodar” və PAOK-un nümayəndələri ilə söhbətiniz oldu?

- Təbii ki, qrupumuzdaki komandalarin mətbuat katibləri ilə söhbətləşdik. Qarşıdakı oyunlarla bağlı fikir mübadiləsi apardıq.

- Bu gün ən çox muzakirə olunan məsələlərdən biri də “Borussiya”nın hücumçusu Henrik Mxitaryanın Bakıya səfəridi. Bununla bağlı Dortmund klubunun nümayəndəsi ilə bu haqda hansısa müzakirə aparıldı?

- Xeyr, bu barədə danışmadıq.

- Forumda digər türk klubları - “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Astana”nın nümayəndələri ilə də görüşünüz oldu...

- Onlarla da görüşdük. Müəyyən məsələlər barədə fikir mübadiləsi apardıq. Eləcə də oyunlarda media ilə bağlı yardımlaşma imkanlarımızı müzakirə etdik.

- Söyləmək olar ki, bu forum sizə qrup mərhələsinin oyunlarında çox faydalı olacaq?

- Təbii ki. Bu, ölkəmizin təmsil olunduğu ilk forum idi. Halbuki buna qədər keçirilən forumlarda təmsil olunmamışdıq. Bu da bizim üçün böyük təcrübə oldu.

- İlk dəfə “Neftçi” qrup mərhələsinə vəsiqə qazananda AFFA-nın köməyindən faydalandı. “Qarabağ” isə bütün işləri özü gördü. Bu baxımdan “Qəbələ” hansı addımı atacaq?

- Artıq dörd mərhələni geridə qoymuşuq və oyunlarda media işlərinin təşkili ilə bağlı müəyyən təcrübəmiz var. Təbii ki, qrup mərhələsinin tələbləri daha ciddidir. Amma hansısa problemlər yaşayacağımıza inanmıram. İştirak etdiyimiz forum da bu sahədə təcrübəmizin artmasına səbəb oldu. Üstəgəl "Qarabağ"ın mətbuat xidməti ilə də təcrübə mübadiləsi edirik. Futbolxeber.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"
"Traktor"da növbəti istefa - "Önümüzü kəsirlər"
25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə
Son xəbərlər

16.12.2019

17:02  "Neftçi" - "Sumqayıt" -HEYƏTLƏR

12:14  Erdoğan AÇ-2020-nin oyunlarından danışdı - "Bakıdakı görüşlərə gələcəm"

08:10  "Real"ın xal itkisi VİDEO

08:08  "Roma"nın qələbəsi VİDEO

08:05  "İnter"in xal itkisi VİDEO

15.12.2019

19:42  "Hesab rəqibə sərf edir" - Zaur Həşimov

18:33  Sopiç yenə gileyləndi - "Bizə nə lazım olduğunu artıq bilirik"

15:45  "Səbail" - "Zirə" -HEYƏTLƏR

14:08  "Qəbələ" - "Sabah" -HEYƏTLƏR

08:11  Ən bahalı futbolçular - SİYAHI

14.12.2019

13.12.2019

23:08  25 nəfər futboldan uzaqlaşdırıldı - oyun alqı-satqısına görə

23:05  Türkiyə millisi Azərbaycanla qarşılaşacaq? - Şenol Günəşdən açıqlama

12:21  "Qarabağ" - "Düdelanj" FOTOLENT

02:26  Rəşad Sadıqov Elxan Məmmədovun yalanını ifşa etdi - "Millidən getməyim futbolçu karyerama görə deyildi"

00:27  AFFA-dan gülünc açıqlama - "Brifinq və mətbuat konfransı olmayacaq"

12.12.2019

21:15  "Qarabağ" - "Düdelanj" -HEYƏTLƏR

16:58  Metronun iş saatında dəyişiklik - "Qarabağ"a görə

11.12.2019

16:31  "Keşlə"də yeni transfer - Rəsmi

15:09  "Stadionun dolu olmasını istərdik" - Qurban Qurbanov

12:30  "Çelsi"nin qələbəsi VİDEO

10.12.2019

   
  O Q H M T-f X
1. Qarabağ 14 9 4 1 24-7 30  
2. Keşlə 14 6 5 2 18-12 23  
3. Neftçi 13 6 4 3 20-11 22  
4. Sumqayıt 13 5 2 6 17-19 17  
5. Zirə 13 3 5 5 14-21 14  
6. Sabah 13 3 4 6 14-16 13  
7. Səbail 13 3 3 7 9-20 12  
8. Qəbələ 13 3 3 7 13-23 12  
08.12Sabah ---Neftçi
08.12Zirə ---Səbail
08.12Sumqayıt ---Qəbələ
06.12Qarabağ 2-2Keşlə
01.02Zirə -Sabah
01.02Neftçi -Sumqayıt
02.02Səbail -Qarabağ
02.02Qəbələ -Keşlə