Bədavi Hüseynov: "Malta ilə oyunda qələbə bizə qismət deyilmiş"

09.09.2015 | 2957 dəfə oxunub

Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı oyundan (2:2) sonra sualları cavablandırıb.

- Birinci hissədə yaxşı çıxış etsəniz də, fasilədən sonra əksinə oldu. Nə baş verdi ki?
- Çox ağır oyun oldu. Həm biz, həm də Malta yığması meydana üç xal üçün çıxmışdı. Hər iki komanda üç gün öncə matça çıxdığından yorğunluq da var idi. Hava da çox isti idi. Bu da oyunun tempinə az təsir göstərmirdi. Hər şeyə rəğmən, oyunda üstünlük bizim tərəfimizdə idi. Təəssüf ki, səhvlərə yol verdik və bu səhvlər qələbə qazanmağımıza mane oldu. Rəqib buraxdığımız səhvləri bağışlamadı.

- Hesab 1:2 olarkən məğlub olacağınıza dair qorxu yaranmamışdı?
- Bizim qol vurmaq üçün çox şansımız oldu. Amma oyunda elə dönüş yarandı ki, rəqibdən çəkinməyə başladıq. Sonradan meydana çıxan futbolçular bizə çox kömək etdilər.

- Üçüncü qolu da vurmağımız mümkün idi. Buna nə mane oldu?
- Bəli, belə bir şansımız da oldu. Amma rəqib qolkiper inanılmaz seyv nümayiş etdirdi. Görünür, qələbə qazanmaq qismət deyilmiş.

- Maltanın vurduğu ikinci qolda birbaşa sizin səhviniz vardı...
- Bəli, mənim səhvimdən sonra qol buraxdıq. Mən topu düzgün qəbul edə bilmədim. Hava mübarizəsindən sonra top rəqibin önünə düşdü və o, qapımıza dəqiq zərbə endirdi.

- Yığmamız bu oyundakı xal itkisi nəticəsində qrup üçüncüsü olmaq şansını itirdi...
- Biz seçmə mərhələyə çox pis başladıq. Bu da turnir cədvəlində daha yaxşı yer tutmağımıza mane olur. Dörd ardıcıl məğlubiyyət bütün planlarımızı korladı. Artıq qrupdan çıxmaq şanslarımız heçə enib. Amma yeni baş məşqçinin gəlişindən sonra komandada tam fərqli atmosferin hökm sürməsi sevindirməyə bilməz. Motivasiya da tam fərqlidir. Bu tempdə də davam etməyimiz lazımdır. Qalan oyunlarda da uğur qazanmaq istəyirik.

- Amma qarşıda sizi qrupun lideri İtaliya ilə ev və Bolqarıstanla səfər oyunları gözləyir...
- Son oyunlarımız daha çətin olacaq. Amma diqqətli və dəqiq oynasaq, istənilən rəqibdən xal ala bilərik. Seçmə mərhələni uğurlu şəkildə başa vurmaq istəyirik. azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail