Vim Yansen Qəbələdə FOTO

25.09.2015 | 3666 dəfə oxunub

"Qəbələ" Futbol Akademiyasının direktoru Stenli Brardın dəvəti ilə Qəbələdə səfərdə olan hollandiyalı mütəxəssis Vim Yansen akademiyanın məşqçi heyətinə seminar keçib.
 
Stadium.az xəbər verir ki, seminarın birinci hissəsində Yansen Hollandiya yığma komandasının sistemi və bu sistemin necə hazırkı səviyyəyə çatması barədə danışıb.
 
İkinci hissədə isə məşqçilər futbolda inkişaf imkanları, fərdi bacarığın inkişafı, futbolçuların və məşqçilərin öz üzərlərində işləmək yolları barədə məlumatlandırılıb. Seminarın sonunda akademiya məşqçisi Famil Xəlilov təqdimata və dəyərli məlumatlara görə Vim Yansenə təşəkkürünü bildirib.

Qeyd edək ki, Vim Yansen futbolçu karyerası ərzində "Feyenoord", "Vaşinqton Diplomats" və "Ayaks" kimi klubların formasını geyinib. 65 dəfə Hollandiya milli komandasının heyətində meydançaya çıxan Yansen 1974 və 1978 dünya çempionatlarının final mərhələsinin iştirakçısıdı. Yansen baş məşqçi kimi "Feyenoord", "Seltik" kimi komandaları çalışdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail