"Xəzər Lənkəran" azarkeşləri "CBC Sport"dan narazıdır- rəsmi açıqlama

26.10.2015 | 4107 dəfə oxunub

Azərbaycan Premyer Liqasının yayım hüququna malik olan "CBC Sport" telekanalı artıq "Xəzər Lənkəran" azarkeşlərinin qəzəbinə tuş gəlib. Belə ki, telekanal bir neçə matçı peyk vasitəsi ilə yayımlansa da, ancaq "Xəzər Lənkəran"ın ev oyunlarının bu üsulla yayımlanmasına diqqət ayırmır. 
 
Bu məsələyə cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu münasibət bildirib. O, açıqlamasında azarkeşlərin yayım hüququnu yenidən klubun rəsmi televiziyasına verilməsini istədiklərini və oyunlarının yayımlanmamasını klub rəhbərliyi tərəfindən müzakirə ediləcəyini bildirib:
 
"Son turlarda azarkeşlərimiz "CBC Sport" vasitəsilə "Xəzər Lənkəran"ın oyunlarını izləyə bilmədiyindən böyük narazılıq yaranıb. Bildiyiniz kimi Bakı və Abşeron bölgəsindən fərqli olaraq, cənub bölgəsində adıçəkilən kanal yalnız çanaq antenasi vasitəsilə izləmək mümkündür. Digər tərəfdən elə dünən "Qəbələ" və "Sumqayıt"ın ev matçları peyk vasitəsilə yayımlandı. Nədənsə, bu istisna XL-in oyunlarına şamil olunmur.Son günlər sosial şəbəkələrdə azarkeşlərimiz geniş müzakirə açaraq heç olmasa matçların yenidən klub televiziyası ilə yayımlanmasını istəyirlər. Amma bildiyiniz kimi bütün yayım hüququ CBC kanalına məxsusdur. İndiki məqamda yekun olaraq nə isə demək çətindir. Çox güman rəhbərliklə oyun qabağı iclasda bu məsələ müzakirə olunacaq". sportal.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail