"Xəzər Lənkəran": Martın 21-dən sonra ilk dəfə
“Xəzər Lənkəran”ın hesabat turunda “İnter”ə səfər məğlubiyyəti (0:1) ilə Azərbaycan Premyer Liqasının cari mövsümündə uduzmayan komanda qalmadı. Stadium.az xəbər verir ki, bununla da cari çempionatımızın vahid lideri olan lənkəranlıların ölkə daxili yarışlarda 201 günlük məğlubiyyətsiz seriyası qırıldı. Maraqlıdır ki, rumıniyalı Mirça Rednikin baş məşqçisi olduğu komandanın son məğlubiyyəti Premyer Liqada “Şəfa” stadionunda 0:1 hesabı ilə olmuşdu. Fərq ondadır ki, ötən mövsümün “altılığ”ın ilk turunda martın 13-də cənub təmsilçisini Bakının AZAL, bu dəfə isə “İnter” klubu məğlub etdi.
Özü də hər 2 oyunda “Xəzər Lənkəran”ın əsas qapıçısı, kapitanı Kamran Ağayev zədə üzündən kənarda qaldığından, Rednik ehtiyat qapıçını meydana buraxmalı oldu. AZAL-la oyunda ukraynalı Yevgeni Kopil, bu dəfə isə Kamal Bayramov “çərçivə”ni qorudu və hər ikisi cənub təmsilçisində rəsmən debüt etdi. Yeri gəlmişkən, Kopili debütündə buraxdığı kobud səhvlə məğlubiyyətin əsas günahkarı oldu və daha oynamayaraq, mövsüm bitəndən sonra “Xəzər Lənkəran”dan çıxarıldı. Onun yerinə gətirilən Kamal belə kobud səhv etmədiyindən, onu məğlubiyyətdə günahlandırmaq düzgün olmazdı.
“İnter” bu qələbəsi ilə “Xəzər Lənkəran”la matçlarda 5 oyunluq qələbəsiz seriyasına son qoydu. Gürcü Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda ötən mövsüm lənkəranlılarla görüşlərin heç birində qalib gələ bilmədi. Premyer Liqada keçirilən 4 matçdan 3-ü heç-heçə (1-i 0:0, 2-si 1:1), 1-i cənub təmsilçisinin qələbəsi (3:1) ilə nəticələndi. Komandalar ötən mövsümün sonunda – Azərbaycan kubokunun finalında da görüşdülər. Mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin oyunun əsas vaxtı 0:1, 30 dəqiqəlik əlavə vaxtı 1:1 hesabı ilə nəticələndi və qalibi müəyyənləşdirmək üçün oyun sonrası penaltilər seriyası təyin edildi. Bunu daha dəqiq yerinə yetirən “Xəzər Lənkəran” 4:2 hesabı ilə qalib gəldi və gümüş medalçısı olduğu mövsümü titulla başa vura bildi.
Maraqlıdır ki, “İnter”in lənkəranlılar üzərində sonuncu qələbəsi də “Şəfa”da və yenə 1:0 hesabı ilə olmuşdu. Bu, komandanın çempion olduğu 2009/10 mövsümündə, martın 21-də baş vermişdi. Onda bolqarıstanlı oyun qurucusu Petar Zlatinov penaltini dəqiq yerinə yetirmişdisə, bu dəfə qələbə topunu sonradan meydana çıxan yarımmüdafiəçi Nizami Hacıyev vurdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |