Tahir Gözəl: "Buraxdığımız qola bədbəxt hadisə kimi baxıram"

06.11.2015 | 3380 dəfə oxunub

"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqasında "Monako"yla oyun barədə jurnalistlərə müsahibə verib. Stadium.Az xəbər verir ki, Gözəl bəy qarşılaşma barədə bunları deyib:

"Bu, "Qarabağ" üçün möhtəşəm fürsət idi. Amma futbol həyat kimidir. Hər zaman hər kəsə layiq olduğu şeyləri vermir.

"Qarabağ" möhtəşəm oyun sərgilədi. Amma "Monako" köklü klubdur, "Çelsi"ni, "Real"ı məğlub edən komandadır. Mən klubumla fəxr edirəm, amma bu, istədiyimiz nəticə deyildi. Qulaqlarımız "Tottenhem" - "Anderlext" matçındadır. Hələ də şansımız var. Növbəti mərhələyə çıxmaq üçün iradəmiz var. Lakin çətin qrupa düşmüşük. Bu, bir reallıqdır. Amma biz bir daha gördük ki, "Qarabağ" Avropa klubudur, Avropa futbolu sərgiləyir, Avropa səviyyəli komandalara çox çətin rəqibdir. Buraxdığımız qola bədbəxt hadisə kimi baxıram. Məncə, "Qarabağ" bu gün 2 xal itirdi. Çünki qələbəyə şansımız var idi. Çox inanırdıq. Qurban Qurbanovla da danışdıq. O da oyunumuzdan çox razı qaldığını dedi. Doğrudan da bu gün biz 2 xal itirdik. Düzdür, "Monako" ilə oyundan 1 xalla ayrılmaq bizim üçün böyük qazanc, nailiyyətdir. Amma bu gün bizim günümüz olmalı idi.

Mən oyunçularımdan razıyam. Futbolçularım böyük motivasiya ilə çıxış etdi, möhtəşəm, hücum futbolu, aqressiv oyun sərgilədilər. Məncə, "Qarabağ" edə bildiyini etdi. Qoçaq, mübariz futbol ortaya qoydu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail