Rövnəq Abdullayev: "Yaxşı nəticələr gözləmək olar"

18.11.2015 | 3710 dəfə oxunub

"2015-ci ilin son oyunu idi. Sevinirik ki, milli komandamız ili qələbə ilə başa vurdu”. 

Stadium.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev yığmamızın Moldova üzərində 2:1 hesabı ilə qələbəsini belə şərh edib: “Milli komandamızın heyətində meydana gənc futbolçular çıxmışdı. Hansılar ki, ilk dəfə yığmaya dəvət alırlar. Komandamız yaxşı təsir bağışladı. Görünür ki, bu komandada potensial var. Gələcəkdə yığmamızdan yaxşı nəticələr gözləmək olar”.

AFFA prezidenti bu gün Rusiya üzərində 3:0 hesablı qələbə qazanan 21 yaşadək futbolçulardan ibarət yığmamızın da uğuruna toxunub: “U-21-in bu cür qələbəsi bizi sevindirir. Biz daim uşaq futboluna, aşağı yaş qrupları üzrə millilərimizə böyük diqqət ayırırıq. Gənclər yığmasında da görülən işlər bəhrəsini verir. Rusiya millisi çox güclü rəqibdir. Bu komandanın əksər üzvləri 17 və 19 yaşlılar arasında Avropa çempionatında final oynayıblar. Bu gün isə Azərbaycan millisi həmin komandanı üstələdi”.  Futbolxeber.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail