"Qəbələ"də 10 oyuna 7 qələbə

28.11.2015 | 2474 dəfə oxunub

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.


Stadium.az xəbər verir ki, komandalar müxtəlif yaş qruplarında 10 qarşılaşmada qüvvəsini sınayıb. Bu matçların yalnız birində uduzub, ikisində heç-heçəylə kifayətlənən təmsilçilər 7 qələbə qazanıb.


U-19 komandamız səfərdə “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Bu qələbələrdən sonra xal hesabını 19-ya çatdırıb, çempionatın liderləri “Bakı” və “Xəzər Lənkəran”a şərik olan “qırmızı-qaralar” əlavə göstəricilərdə 2-cidir. Komandamız növbəti turda “Xəzər Lənkəran”ı qəbul edəcək.


Keçirdiyi ilk 7 oyunda böyükhesablı qələbə qazanan U-17 evdə “Qarabağ”a uduzub – 1:4. İlk xal itkisinə baxmayaraq, 21 xalla yarışın vahid lideri ola “Qəbələ” İX turda “Turan”ln qonağı olacaq.
U-16 səfərdə “İnter”i 2:1 hesabı ilə məğlub edib. 8 matçda 24 xal toplayan “Qəbələ” çempionatın lideridir. Komandamız növbəti turda “Vətən”i qəbul edəcək.


Ardıcıl 12-ci qələbəsini qazanan U-15 XIII turda evdə “İnter”i 8:0 hesabı ilə məğlub edib. Bir oyunu təxirə salınan “Qəbələ” 12 matçda topladığı 36 xalla 1-ci pillədə qərarlaşıb. Komandamız növbəti turda “Vətən”in qonağı olacaq.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 “Qarabağ”la görüşdə 1 xal qazanıb – 0:0. “Qırmızı-qaralar” 8 oyundan sonra 27 xalla 3-cü pillədə qərarlaşıb. Komandamız növbəti turda “Bakı” ilə görüşəcək. Eyni zonada çıxış edən U-13 “Təhsil”ə 6:0 hesabı ilə qalib gəlib. 8 oyunda 15 xal yığan komandamız 4-cü pillədə qərarlaşıb. IX turda “Qəbələ” istirahət edəcək.


U-12, U-11 və U-10 komandalarımızın çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında VII turun oyunları keçirilib. İsmayıllı UGİM-i ilə qarşılaşan U-12 6:0 hesabı ilə qalib gəlib. “Qırmızı-qaralar” 6 oyunda 16 xal toplayaraq 2-ci yerdə qərarlaşıb. Komandamız növbəti turda Şəki UGİM-ini sınağa çəkəcək. U-11 Liqasında 6-ci qələbəsini qazanan “Qəbələ” bu dəfə Qax UGİM-ini 18 cavabsız qolla keçib. 18 xalla çempionatının lideri olan komandamız növbəti turda Yevlax UGİM-i ilə görüşəcək. Klubumuzun U-10 komandası Yevlax “Rabitəçi UGİM”ini 19:0 hesabı ilə məğlub edib. 7 matçda 21 xal qazanan “qırmızı-qaralar” yarışın lideridir. Komandamızın növbəti rəqibi Yevlax UGİM-i olacaq. U-19 Qızlar Liqasında debüt mövsümünü keçirən “Qəbələ” 6-cı oyununu “Neftçi”yə qarşı keçirib. 1:1 hesablı heç-heçədən sonra xal hesabı 7-yə çatan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb. Komandamızın növbəti rəqibi “Fidan” olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail