Berti Foqts: "Bunu AFFA və PFL-dən soruşmaq lazımdır"

Millimizin baş məşqçisi mətbuat önünə çıxdı

06.10.2011 | 4404 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Bakıda Avstriya ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün mətbuat önünə çıxıb.

Stadium.az xəbər verir ki, oyunöncəsi medya nümayəndələrinə açıqlama verən alman mütəxəssis bunları dilə gətirib: "Qazaxıstan yığması ilə oyunda qazanılan qələbədən sonra komandada ab-hava yaxşıdır. Futbolçular yüksək əhval-ruhiyyədədirlər. Belə ab-havada komandanı növbəti oyuna hazırlamaq daha asandır; futbolçular daha inamlı, soyuqqanlı olurlar. Bütün oyunçular özlərinə inanır və sərbəst məşq edirlər.

Avstriya millisi gənc və güclü komandadır. Heyətində texnikalı futbolçular var. Onların futbolçuları güclü komandalarda çıxış edirlər. Bizim futbolçuların hazırlığı istənilən səviyyədə deyil, müəyyən çatışmazlıqlar var. Təəssüf ki, bu oyunda Aqil Nəbiyev və Mahir Şükürov iştirak edə bilməyəcək. Onların yoxluğu bizim üçün ciddi itkidir. Əgər Makedoniya yığması ilə oyunun ilk yarısı, Belçika və Qazaxıstan milliləri ilə oyunların ikinci hissəsində oynadığımız kimi çıxış etsək, sabah qələbə qazana bilərik. Bizi hazırda Türkiyə yox, Avstriya yığması ilə oyun maraqlandırır".

Berti Foqts daha sonra hazırlıq planının ürəyincə olmadığını da qeyd edib: "Mən istərdim ki, daha çox məşq edək. Lakin mənə bu şəraiti yaratmadılar. Avropada sürətli futbol oynayırlar. Buna görə də hazırlığa daha tez başlamaq niyyətində idim. Ancaq çempionata görə alınmadı. Bunun səbəblərini isə AFFA və PFL-dən soruşmaq lazımdır".

Təcrübəli mütəxəssis qrupdakı digər oyun barədə də fikir bildirib: "Bizim üçün Türkiyənin yox, öz oyunumuz vacibdir. Bizi Avstriya ilə qarşılaşma maraqlandırır. Bununla belə, Almaniyanın da Türkiyəyə qalib gələcəyini düşünürəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail