“Qarabağ”la xal fərqini də aradan qaldırıb, qızıl medallar qazanmaq uçun mübarizə aparacağıq"

22.01.2016 | 3330 dəfə oxunub

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ”nin yarımmüdafiəçisi Elvin Camalov bir neçə gündür komandanın hazırlıqlarından kənar qalıb. 

Stadium.Az xəbər verir ki, mövsümün ilk yarısında aldığı zədədən əziyyət çəkən gənc futbolçu artıq bu gündən fərdi məşqlərə başlayacaq. 

Bir neçə gün hazırlıqlara qatılmayan Camalov durumu ilə bağlı danışıb: “Qarabağ”la Premyer Liqanın XVIII turunun oyunundan sonra zədələnmişdim. Fasilə müddətində ağrıların arxada qalacağını düşünürdüm. 3 həftəyə yaxın fasilədən sonra bir araya gəldik. Toplanışın ilk 3 günündə komandayla birlikdə hazırlıq keçdim. Lakin sonra yenidən ağrılar hiss etdim. Komandamızın həkimi ilə məsləhətləşdik. 4-5 günlük fasilə verməyi məqsədəuyğun saydıq. Artıq bu gündən fərdi məşqlərə start verəcəm”.

Camalov gələn həftə start götürəcək mövsümün ikinci yarısı haqda fikirlərini də bildirib. O, hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan komandanın hədəfinin çempionluq olduğunu və qızıl medallar uğrunda mübarizəni davam etdirəcəklərini qeyd edib: “Ötən il “Qəbələ” üçün uğurlu oldu. Bu il də həmin uğuru davam etdirmək istəyirik. Qarşımıza qoyduğumuz məqsəd yalnız çempionluqdur. Hazırda çempionatın lideri “Qarabağ”la aramızda 10 xallıq fərq var. Təlim-məşq toplanışında da fikrimizi çempionata daha yaxşı hazırlaşmağa yönəltmişik. Çalışırıq ki, mövsümün ikinci yarısına tam hazır olaq. İnanıram ki, 2016-cı ildə hamı tam fərqli, daha güclü “Qəbələ” görəcək. “Qarabağ”la xal fərqini də aradan qaldırıb, qızıl medallar qazanmaq uçun mübarizə aparacağıq. Klubun akademiyasının yetirməsi kimi “Qəbələ” ilə çempionluq hissi yaşamaq istəyirəm”.

Camalov “Qəbələ”nin heyətində 57 oyun keçirib. Bunlardan 47-si Premyer Liqa, 5-i Avropa Liqası, 5-i Azərbaycan kubokuna təsadüf edib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail