"Xəzər Lənkəran" rəhbərliyi barabanın ümidinə qaldı

31.01.2016 | 3990 dəfə oxunub

Bu gün baş tutan "Xəzər Lənkəran"-"Rəvan" matçında maraqlı anlar yaşandı.(0:0).

Stadium.az-ın Lənkəranda olan əməkdaşının verdiyi xəbərə görə, matçın gedişində lənkəranlı azarkeşlər Tuyğun Nadirovu bir-neçə dəfə istefaya çağırdılar. Daha sonra digər azarkeşlərin də fan-klub üzvlərinə qoşulub "istefa, istefa" çağırması Nadirovu sərt addımlar atmağa məcbur etdi. İlk olaraq, klubun rəsmi fan-klubuna tapşırıq verildi ki, hər dəfə "istefa" çağrılanda, barabanla səs-küy yaradılsın. Belə ki, hər dəfə "istefa" sədaları eşidiləndə, baraban səsi də avtomatik işə düşürdü. Bu da "istefa"nın eşidilməsinə maneə yaratdı. Daha sonra azarkeşlərlə polis arasında narazıçılıq və mübahisə yaranması da diqqətdən qaçmadı. Nəticə olaraq, "istefa" səsləri kəsildi və azarkeşlər etiraz olaraq, "azarkeşə azadlıq, azarkeşə azadlıq" deyərək, klub rəhbərliyinə etiraz etdilər.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın son uğursuzluğu və bir-neçə yerli futbolçunun qovulması Lənkəran azarkeşlərini son dərəcə qəzəbləndirib.

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail