Ruslan Abışovun onurğa sütununda 3 deşik aşkar edilib

31.01.2016 | 3228 dəfə oxunub

"Qəbələ"nin futbolçusu Ruslan Abışovun Almaniyada müalicəsi yekunlaşıb. 
Stadium.az "Qəbələ İK"ya istinadən xəbər evrir ki, 29 yaslı müdafiəçi belindəki ağrılar üzündən komandasının Türkiyənin Antalya bölgəsindəki toplanışının ilk günlərində düşərgəni tərk etməli olub.

Müalicəsini Münhendəki klinikalardan birində aparan Abışov son durumu haqda danışıb: "Onurğa sütunumda 3 yırtıq var. Ağrılar dizimə verirdi. Buna görə müalicə olunmağım qaçılmaz idi. Artıq 2 həftədir Münhendə bərpa prosesi keçirəm. Müalicəm yaxşı gedir. Yanvarın sonunda Bakıya qayıdıb təkrar müayinə olunacağam. Cavablar yaxşı olsa, maksimum 1 həftəyə komandanın hazırlığına qoşulacağam. Bu, ilk növbədə fiziki durumumla bağlı olacaq”.

Abışov komanda ilə qış hazırlığını keçə biməməsinin ona ciddi problem yaratmayacağına ümid edir: "Doğrudur, çox istəyirdim ki, Antalya toplanışında iştirak edim. Ancaq zədə ilə əlaqədar hazırlıqdan kənarda qalmalı oldum. Ağrısız futbol oynamaq üçün çox darıxmışam. Bu zədə məndə çoxdan var idi və oyunuma pis təsir edirdi. Artıq tam sağalıb komandama kömək etmək istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail