“Qarabağ”dan 87-ci böyükhesablı qələbə

08.02.2016 | 2486 dəfə oxunub

Ağdamın “Qarabağ” klubu mövsümdə 3-cü böyükhesablı qələbəsini qazanıb.

Stadium.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ev oyununda “Xəzər Lənkəran”ı 3 cavabsız qolla keçib. Cari mövsümdə VIII turda “Zirə”ni 4:1, XIII turda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən ağdamlılar ən azı 3 top fərqilə olan qələbələrin sayını 3-ə çatdırıb. Bununla da “Qarabağ” uğursuz seriyaya da son qoyub. Belə ki, çempionatın lideri XV turun “İnter”lə dekabrın 6-da keçirilən oyunundan (1:0) sonra 4 tur idi qalib gələ bilmirdi. 62 gündən sonra qələbə qazanan çempion bu müddətdə 3 heç-heçə edib, 1 dəfə uduzmuşdu. Bu, “Qarabağ”ın ölkə çempionatları tarixində 87-ci böyükhesablı qələbəsidir. Ağdam klubu bu göstəricidə yalnız “Neftçi” (116) və “Kəpəz”dən (92) geri qalaraq, 3-cü pillədə qərarlaşıb. Ölkə çempionatları tarixində ən çox böyükhesablı qələbə qazanan 10 komanda arasında “Turan” (59), “Bakı” (52), “İnter” (45), “Xəzər Lənkəran” (42), “Şəmkir” (38), “Xəzər” S (31) və “Viləş” (22) də yer alıb. (pfl-in saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail