Sergey Zenyov: “Özüm qol vurmasam da..."

17.02.2016 | 2888 dəfə oxunub

“Sumqayıt”la oyun ağır oldu. Bu qarşılaşmada nəticə vacib idi. 3 xal qazanmaqla bunun öhdəsindən gəldik. Çünki qalib gəlməli idik və başqa heç bir nəticə bizi qane etmirdi".


Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Sergey Zenyov Premyer Liqanın 21-ci turunda "Sumqayıt"a 1:0  hesabı ilə qalib gəldikləri matçdan sonra klubun saytına deyib.


O bildirib ki, belə sıx müdafiə olunan komandaya qarşı oynamaq xüsusilə çətin olur:

"Çünki möhkəm müdafiə səddini yarmalı olursan. Sevinirəm ki, bunu bacarıb 3 xal əldə etdik. Təbii ki, matçdan əvvəl rəqibin necə oynayacağını təsəvvürümüzə gətirib, matçın axarını təxminən bilirik. Qarşılaşmalara da buna uyğun hazırlaşırıq. Bu, “Sumqayıt”la da ilk oyunumuz olmadığından necə mübarizə aparacağımız öncədən bəlli idi”.

Matçın ən yaxşılarından olan hücumçu öz oyununu dəyərləndirib, həmçinin növbəti turun “Rəvan”la görüşü haqda fikirlərini bildirib:

“Özüm qol vurmasam da, oyunumdan razı qaldım. Hər halda, məhsuldar ötürmə verməyim sevindiricidir. Qol imkanlarımız daha çox oldu. Amma təəssüf ki, istifadə edə bilmədik. Daha çox fərqlənməyimiz mümkün idi. Lakin əsas odur ki, lazım olan nəticəni əldə edib, qalib gəldik. Növbəti oyundakı rəqibimiz “Rəvan” da elə komandadır ki, əsasən müdafiə olunur. Həmin görüşdə də böyük, çətin səddi yarmalıyıq. Ümid edirəm ki, həmin oyunda bunun öhdəsindən daha yaxşı gəlib, daha çox qol vuracağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail