Cüdoçularımız Almaniyada

18.02.2016 | 1563 dəfə oxunub

Sabah Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri beynəlxalq turnirinə start veriləcək.

Stadium.Az xəbər verir ki, 3 gün davam edəcək mötəbər yarışda Azərbaycan cüdoçuları da mübarizə aparacaqlar.  İlqar Müşkiyev, Şahin Qəhrəmanov zədəli olduqlarına görə Düsseldorf turnirində iştirak etməyəcəklər.

Almaniya Qran-Prisində ölkəmizin şərəfini Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) qoruyacaq. İki gündür yarışın keçirildiyi şəhərdə məskunlaşan cüdoçularımız milli komandanın baş məşqçisi Piter Zayzenbaherin rəhbərliyi altında məşqlərini davam etdirirlər.

Çin Qran-Prisində ayağından ciddi zədələnən Nicat Şıxəlizadə də komanda ilə birlikdə məşq edib. Həkimlər onun Düsseldorf turnirində iştirakına icazə verməyiblər. Nicat və millinin digər üzvləri Qran-Pridən sonra Almaniyanın Köln və Berlin şəhərlərində olacaq, təlim-məşq toplanışlarında iştirak edəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

29.05.2020

28.05.2020

27.05.2020

26.05.2020

24.05.2020

12:34  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.05.2020

   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ