“Zirə” mövsümün rekordunu təkrarladı

22.02.2016 | 2582 dəfə oxunub

Azərbaycan Premyer Liqasının debütantı “Zirə” ardıcıl 4-cü qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, 2016-cı ildə xal itirməyən paytaxt klubu mövsümün ikinci yarısında 2 qolla 3 xal qazanmaq seriyasını davam etdirib.

Evdə keçirdiyi XIX turda “İnter”i, XXI turda “Rəvan”ı eyni 2:1 hesabı ilə məğlub edən Adil Şükürovun yetirmələri ilin ikinci səfərində də 2:0-a sevinib. XX turda “Sumqayıt”ı bu hesabla məğlub edən zirəlilər bu dəfə “Xəzər Lənkəran”ın meydanında 3 xalı 2 cavabsız qola əldə edib. Çempionatın I dövrəsində - V-VII turlarda 3 qələbədən ibarət seriyası olan “Zirə” özünün yeni rekordunu müəyyənləşdirib. Ümumiyyətlə, cari mövsümdə ən uzun qələbə seriyası məhz 4-ə bərabərdir. Bu rekordu təkrarlayan debütantadək iki dəfə “Qarabağ” (II-V və X-XIII turlarda), hərəyə bir dəfə “Qəbələ” (V-VIII turlar) və AZAL (XVI-XIX turlar) belə seriyaya imza atmışdı. XXIII turda “Neftçi”ni qəbul edəcək qəsəbə təmsilçisi qalib gəlsə, mövsümün mütləq rekorduna yiyələnəcək. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail