Tuyqun Nadirov: "Biz öz hüququmuzdan istifadə etmişik"

26.02.2016 | 2312 dəfə oxunub

"Klub rəhbərliyi tərəfindən mənim namizədliyim verilib. Seçilməyimlə bağlı nəsə deyə bilmərəm. Çünki hər şey səsvermədə məlum olacaq".

Stadium.Az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülən "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

T.Nadirov namizədliyinin AFFA üçün də gözlənilməz olduğunu bildirib: "Namizədlərin hamısı hörmətli adamlardır. Hər klubun namizəd vermək hüququ var. Biz öz hüququmuzdan istifadə etmişik. Konfrans iştirakçıları kimə səs versə, o da seçiləcək. Dünən namizədlik vermək üçün son gün idi. Düzü, AFFA üçün də gözlənilməz oldu".

Tuyqun Nadirov Peşəkar Futbol Liqasına ayrılan 4 yerə 5 namizəddən biridir. Digər namizədlər qismində Rauf Əliyev (AZAL), Vaqif Sadıqov ("Sumqayıt"), Elşad Nəsirov ("Neftçi") və Qurban Qurbanov (“Qarabağ”) qeydiyyatdan keçib. (report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.08.2020

04.08.2020

03.08.2020

02.08.2020

01.08.2020

31.07.2020

30.07.2020

16:09  "Torino" - "Roma" - 2:3 VİDEO

29.07.2020

11:25  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09:18  "İnter" - "Napoli" - 2:0 VİDEO

27.07.2020

11:06  "Verona" - "Latsio" - 1:5 VİDEO
   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə