"Qəbələ"yə daha bir şad xəbər

04.03.2016 | 2997 dəfə oxunub

“Qəbələ” Azərbaycan Premyer Liqasının XXIV turunun “Neftçi” ilə qarşılaşmasının hazrlıqlarına start verib. Stadium.Az xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə martın 2-də keçirilən səfər oyunundan (2:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” bu dünən səhər növbəti hazırlığını gerçəkləşdirib.

Roman Qriqorçukun yetirmələri Bakı Olimpiya Stadionunda hazırlıq keçib. Dünənki matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənib. Meydana çıxmayanlar isə toplu çalışmalara üstünlük verib.

Zədə üzündən bir müddət komandadan ayrı düşən Aleksey Antonov da paytaxtdakı məşq prosesində iştirak edib. Qısa müddət fərdi məşqlə kifayətlənən ukraynalı hücumçu kollektiv çalışmalara qatılıb.

Roman Qriqorçukun yetirmələri bu gün oyunöncəsi məşqə çıxacaq. “Neftçi” ilə görüşün keçiriləcəyi “Bakcell Arena”dakı hazırlıq saat 17:00-da başlayacaq.

Martın 5-də baş tutacaq “Neftçi” – “Qəbələ” oyunu saat 15:00-da start götürəcək.

 

(klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail