"Qəbələ"nin "İnter" sendromu

21.10.2011 | 6865 dəfə oxunub

Premyer Liqanın 10-cu turunda "İnter" və "Qəbələ" komandaları üz-üzə gələcək. Stadium.az xəbər verir ki, bu komandalar indiyə kimi 14 dəfə qarşılaşıblar.
 
12 dəfə çempionat, 2 dəfə kubok oyunları çərçivəsində qarşılaşan komandaların görüşündə “İnter” böyük üstünlüyə malikdi - 8 qələbə. Bu görüşlərdən cəmi ikisində isə “Qəbələ” qalib gəlib.
 
Qalan 2 oyun heç-heçə başa çatıb. Vurulmuş qollar arasında fərq də 24-9 "bankirlər"in xeyrinədi. “İnter” və “Qəbələ” ( o zaman komanda “Gilan” adlanırdı) komandaları ilk dəfə 2006-cı ildə üz-üzə gəliblər.
 
Komandaların ilk qarşılaşması 0:0 hesabı ilə başa çatıb, lakin mövsümün ikinci oyununda “İnter” qəbələliləri 2:0 hesabıyla məğlub edib. Bu duellərdə ilk qolun müəllifi isə matçda dubl etməyi bacarmış Daniel Axtyamov olub.
 
Ev oyunlarında da “İnter”in aşkar üstünlüyü var. Doğma divarlar arasında keçirdiyi 7 oyundan 5-də “İnter” qələbə qazandığı halda, yalnız 2 qarşılaşmada qalib müəyyənləşməyib. Bu görüşlərdə "İnter" rəqibin qapısından 19 top keçirib, öz qapısındansa cəmi 4 top buraxıb. Qeyd edək ki, Azərbaycan çempionatı çərçivəsində “İnter” qəbələlilərə 2007-ci ildən bəri məğlub olmur.
 
“İnter” - “Qəbələ” qarşılaşmasında ən populyar hesab 1:0-dı. Bu nəticə 14 qarşılaşmanın 4-də qeydə alınıb. Xatırladaq ki, “İnter” rəqibinə 3 və daha çox top fərqilə qalib gəlib. 2007-2008-ci il mövsümündə paytaxt klubu “Qəbələ”ni 4:0, növbəti mövsümdə 5:0, 2009-2010-cu ildəsə 4:1 hesabıyla üstələyib.
 
“İnter” - “Qəbələ” duelinin daha bir maraqlı xüsusiyyəti var. 2007-2008 və 2009-2010-cu il "İnter" üçün çempion mövsümlərində “İnter” məhz “Qəbələ” ilə qarşılaşıb və qalib gəlib (4:0 və 4:1).

“İnter”in rəsmi saytı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail