"Qəbələ" də Avropa Liqasında

12.05.2016 | 3486 dəfə oxunub

Azərbaycanı avrokuboklarda təmsil edəcək daha bir komanda müəyyənləşib. Stadium.Az xəbər verir ki, Premyer Liqanın XXXIV turundan sonra “Qəbələ”nin Avropa Liqasına vəsiqə qazanması dəqiqləşib.

“Qarabağ”a 0:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri sona 2 tur qalmış ilk “beşlik”də yerini təmin edib. Belə ki, əyalət klubu 6-cı pillənin şərikləri AZAL və “Zirə”dən 7 xal fərqlə öndə qərarlaşıb.

İlk 5 pillədə qərarlaşan komandalardan ikisi – “İnter” və “Zirə” avrokuboklara qatıla bilməyəcəyindən “Qəbələ” “Kəpəz”in ardından Avropa Liqasına vəsiqəni təmin edib. Hazırkı durumda qitəmiqyaslı turnirlərə buraxılmayan “İnter”lə “Zirə” möcüzə sayəsində avrokuboklara qatılmasa, məhz bu iki komanda Premyer Liqadan ikinci dərəcəli qitə klub turnirinə yollanacaq. Çempionlar Liqasında təmsilçimiz isə “Qarabağ” olacaq. 

Avropa Liqasına sonuncu vəsiqəyə isə iki iddiaçı – “Neftçi” AZAL qalıb. Sonuncular bunun üçün 6-cı olmalı və “ağ-qaralar”ın kubokun finalında məğlubiyyətini gözləməlidi. “Neftçi” isə iki vəzifədən birinin öhdəsindən gəlsə - ya 6-cı olsa, ya kuboku qazansa, Avropaya yollanacaq.

“Qəbələ” bu turda uduzmaqla gümüş medala şanslarını itirib. “Qırmızı-qaralar” 2-ci olan “Zirə”dən 8 xal geri qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail