Robert Prosineçki: "Amma bu, çox çətin məsələdir"

17.05.2016 | 3473 dəfə oxunub

"Mən Azərbaycan millisini çalışdırıram. Təxminən 10 gün sonra Andorra ilə keçirəcəyimiz oyun var. Məni hazırda Xorvati millisinin durumu yox, bu oyun maraqlandırır".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, Xorvatiya milisinin "Avro-2016" üçün heyətindəki oyunçuların onun üçün gözlənilməz olmadığını söyləyib:

"Millinin ən yaxşı oyunçularının Fransaya gedəcəyini düşünürəm.  Livakoviç siyahıda yer alıb. Aydın məsələdir ki, o, milliyə 4-cü qapıçı kimi çağırılıb. Onun gələcəyi var. "Avro-2016"da Livakoviç təcrübəsini artıra bilər. Bu, geniş heyətdir.  Modriç, Kovaçiç, Rakitiç və Mandzukiçin klublarında vacib oyunları var. Buna görə onlar millinin hazırlığına bir qədər gec qoşulacaqlar. Xorvatiyanın Avropa çempionatındakı çıxışı onlardan asılıdır. Bu futbolçular yaxşı dincəlməlidilər ki, Avropa çempionatına tam hazır olsunlar. Modriç, Rakitiç, Mandzukiç kimi oyunçular karyeraları ərzində yaxşı futbol oynayıblar. Onlar milliyə yaxşı nəticələr qazandıra bilərlər”.

R.Prosineçki onu da qeyd edib ki, bu gü əsas məsələ Xorvatiyanın "Avro-2016"da qrupdan çıxmasıdır:

"Amma  bu, çox çətin məsələdir. Çexiya ilə oyuna xüsusi fikir verməliyik. Çünki güclü heyətləri var. Onlar Xorvatiya millisinə problem yarada bilər. Ancaq Xorvatiyanın da güclü heyəti var və bununla yaxşı nəticə qazanmaq olar. Sadəcə, baş məşqçi Ante Çaçiç komanda daxilində yaxşı mühit yaratmalıdır".  
 
Xorvatiyalı mütəxəssis  Çempionlar Liqasının final oyunu barədə də danışıb:

"Atletiko" güclü komandadadır. Mən bu komandanı finala çıxardan baş məşqçisi Dieqo Simeonenin qarşısında baş əyirəm. Onlar "Barselona" və "Bavariya"nı mübarizədən kənarlaşdırıb.Ancaq "Real"ın yüksək səviyyəli bir çox oyunçusu var.  "Real" həmişə "Real"dır. Bu səbəbdən də onların 11-ci dəfə Çempionlar Liqasının qalibi olacağını gözləyirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail