Şahin Diniyev: "Biz işimizi düzgün istiqamətdə qurmuşuq və inkişaf edirik"

19.05.2016 | 3368 dəfə oxunub

“Komandanın məşqçisi kimi futbolçularımızın ölkənin əsas komandasına dəvət almasına şadam. Gördüyümüz işin və komandanın göstərdiyi oyunun müqabilində oyunçularımızın milliyə çağırılması xoşdur. Onların hər üçünə uğurlar arzulayıram və inanıram ki, “Kəpəz”i yığmada layiqli şəkildə təmsil edəcəklər". 

Stadum.Az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. 

Komandasının üç futbolçusu - Tərlan Quliyev, Namiq Ələsgərov və Budaq Nəsirovun əsas yığmamıza çağırılmasına münasibət bildirən Ş.Diniyev sözlərinə belə davam edib: "Milliyə mütəmadi olaraq klubumuzdan oyunçuların dəvəti komandamızın səviyyəsindən xəbər verir. Belə görünür ki, biz işimizi düzgün istiqamətdə qurmuşuq və inkişaf edirik. Bu səbəbdən də futbolçularımız milli məşqçilərinin diqqət mərkəzinə düşür”.

Tərlanla Namiqdən fərqli Nəsirov əsas yığmaya ilk dəfə dəvət olunub. Gənc futbolçu əvvəllər müxtəlif yaş qrupları üzrə millilərə çağırılsa da, əsas yığmaya dəvət almayıb: “Budaq komandadakı oyunu ilə özünü sübut edib. Onun millinin start heyətinə düşməsə belə yığmaya namizəd olması sevindiricidir. Nəsirov yığmada ilk addımlarını atır, zəhmətsevər, meydanda sona kimi mübarizə aparan futbolçudur. Belə davam edərsə, yığmanın heyətində möhkəmlənə bilər”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail