"Komandalarımız xaricdə uduzanda çox sevinirəm” - Halim Fıçıcı

01.06.2016 | 2226 dəfə oxunub

Qəbələ” Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcının apasport.az saytına müsahibəsi

- Geridə qalan mövsümü akademiya üçün necə dəyərləndirərdiniz?

- Bizim üçün olduqca uğurlu mövsüm keçdi. Əsas istəyimiz futbolçularımızın inkişafı idi. Bunu da bacardıq. Nəticə baxımından da mövsümü bizim üçün uğurlu saymaq olar. 11 komandamızın hamısı medal aldı. Ancaq çempionluqların, qazanılan medalların bizim üçün heç bir önəmi yoxdu. Bir daha təkrar edirəm, bizim əsas hədəfimiz oyunçuları inkişaf etdirməkdi ki, bunu da bacardığımızı düşünürəm. Akademiyamızın bir neçə üzvü “Qəbələ”nin əsas komandası ilə təlim-məşq toplanışına gedəcək. Onların Elvin Camalov səviyyəsində olacağını düşünürəm. Fərid Nəbiyev kimi istedadlı oyunçumuz var. Onun UEFA tərəfindən ən yaxşılar arasında göstərilməsi bizim üçün böyük fəxrdi. Fəridin U-17-lər arasında Avropa çempionatında Şotlandiyaya vurduğu qola çox sevindik. Bir sözlə, ötən mövsüm akademiyamız üçün hərtərəfli yaxşı keçdi.

- Bütün yaş qruplarında medal qazandınız. Bu, “Qəbələ” Futbol Akademiyasının Azərbaycanda rəqibsiz olmasını göstərmir?

- Əslində, rəqibsiz olmaq istəmirik. Bu, bizim üçün heç də yaxşı deyil. Biz rəqib istəyirik, özü də güclü rəqiblər. Bu mənada boşluqlar olduğunu düşünürəm. Məsələn, Azərbaycanda bizim oyunçularımızla mübarizə aparacaq komanda çox azdı. Bu problemi turnirlərə gedərək yoluna qoymağa çalışırıq. Amma bunun da istədiyimiz qədər faydası olmur. Azərbaycanda qarşımıza çox güclü komandaların çıxmasını istəyirik. İnşallah, yaxın gələcəkdə belə akademiyaların sayı çox olar. Belə olarsa, futbolçularımız daha sürətlə inkişaf edərlər. Hazırkı durum oyunçularımızın inkişafına mane olur. Çempionatda 3-5 güclü komanda olarsa, uşaqlar daha çox mübarizə aparar, öz üzərlərində daha əzmlə çalışarlar. Oyunçularım çıxıb rəqib qapılarından 20 cavabsız top keçirirlər, bunun nə mənası var? Belə olanda istədiklərini oyunçuya çatdıra bilmirsən. Qarşılarındakı rəqib zəif olduğu üçün rahat oynayırlar. Amma güclü komanda ilə oynasalar, istədiklərini çətinliklə edəcəklər ki, bu da onları inkişaf etdirəcək.

- Bəs ölkə xaricində keçirilən təlim-məşq toplanışları futbolçuların inkişafına nə dərəcədə kömək edir?

- Bunun çox faydası olur. Komandamız Azərbaycanda heç məğlub olmadan birinci pillədə olur. Uşaqlar da özlərini güclü sayırlar. Amma ölkə xaricindəki turnirlərdə qarşılarına güclü komandalar çıxanda, başa düşürlər ki, üzərilərində daha çox çalışmalıdılar. Şəxsən mən onların orda məğlub olmalarını istəyirəm. Komandalarımız xaricdəki turnirlərdə uduzanda çox sevinirəm. Bəlkə də, bu, sizə qəribə gələcək. Amma həqiqətləri görmələri, reallıqla yaşamaları üçün belə məğlubiyyətlər olmalıdı. Belə rəqiblərlə qarşılaşanda anlayırlar ki, yaşıdları arasında onlardan da güclüləri var. Azərbaycanda da belə rəqiblərin olmasını arzulayıram.

- Akademiyanın baş məşqçisi kimi, bütün komandalara nəzarət etmək çətin olmur?

- Çox çətin olur. Amma məşqçilərimiz mənim işimi asanlaşdırırlar. Onlar uzun müddətdi birgə çalışdığımız insanlardı. Artıq 8 ildi burdayam. Həmin məşqçilərin çoxu ilə uzun müddətdi birlikdə çalışırıq, bir-birimizi əla başa düşürük. İllik planlarımızı qurur, uşaqların inkişafı üçün əlimizdən gələni edirik. Uşaqların fərdi baxımdan inkişafları üçün də onlara xüsusi məşqlər keçirik. Hamımızın bir məqsədi var: əsas komanda və Azərbaycan yığması üçün futbolçu yetişdirmək. Aşağı yaş qruplarındakı çempionluqlar bizim üçün yetərli deyil.

- Yetişdirdiyiniz oyunçuların potensialı Azərbaycan futbolunu hansı səviyyəyə qaldırmağa imkan verir?

- Bu il akademiyanın 5 oyunçusu əsas komandada çıxış etdi. Bu uşaqların sayı artdıqca Azərbaycan futbolunda daha yaxşı işlər görəcəklərini düşünürəm. İstedadlı oyunçularımız var. 2-3 ilə bütün bunlar öz müsbət təsirini göstərəcək. Yavaş-yavaş köklü akademiya oluruq. Mən gələndə burda heç akademiya yox idi. 7 ildi bu akademiya fəaliyyət göstərir. Bu müddət hələ çox azdı. Hər hansı bir akademiyanın kök atması üçün 10-15 il vaxta ehtiyacı var. Məsələn, 7 il əvvəl qəbul etdiyimiz 12 yaşlı uşağın indi 17-18 yaşı var. Bu uşaqların yaxın gələcəkdə Azərbaycan futbolunda iz qoyacaqlarına inanıram. Başqa komandalarda çıxış edən yetirmələrimiz də var. Amil Yunanov, Sadiq Quliyev, Tərzin Cahangirov akademiyamızın kəşfləridi.


- Aşağı yaş qrupu oyunçularımızın ən böyük problemləri nədi?

- Çox duyğusal olmalarıdı. Məsələn, matçın əvvəlində qol buraxan kimi, “çökürlər”. Oyunun 90 dəqiqədən ibarət olduğunu unudurlar. Ağıllı bir hərəkət etmədikləri zaman oyundan “qopurlar”. Azərbaycanda çox istedadlı uşaqlar var. Sadəcə, duyğusallıqlarını bir kənara qoymalıdılar. Mən gələcəkdən ümidliyəm. 2-3 ildən sonra Azərbaycan futbolunun daha yaxşı durumda olacağına inanıram.

- Çox uzağa getməyək, bizdə niyə Türkiyə səviyyəsində futbolçular yetişmir?

- Bunun bəzi səbəbləri var. Onlardan biri də qidalanmadı. Mən əsas fərqin burdan qaynaqlandığını düşünürəm. Bəzi oyunçular kiçik yaşlarından yeməyə alışmadıqları üçün onları rejimə salmaq çətin olur. Süfrəyə otururuq, bəziləri yeməyini bitirməmiş qalxırlar. Onları akademiyada məcbur yedizdiririk. Yemək mədəniyyəti formalaşmalıdı. Fikir verirəm, çoxu makaron yeyib süfrədən qalxır, supa, ətə toxunmur. Bu, onların əleyhinədi. Bunun üçün xüsusi dərslər keçirik, izah edirik. Böyük qismində bu problemi artıq geridə qoymuşuq. Uşaqların xarici görünüşləri artıq istədiyimiz səviyyəyə gəlir. Məsələn, U-15 komandamıza baxıram, hamısının boyu 180 sm-ə yaxındı. Bu məni çox sevindirir. Bütün bunlar düzgün qidalanmanın nəticəsidi.

- Akademiyada fəaliyyət göstərən məşqçilərin çoxu futbolçu karyerasını yeni bitirmiş gənc mütəxəssislərdi. Ancaq uşaq məşqçisi olmaq üçün müəyyən təcrübə vacibdi...

- Biz onlara birdən-birə komanda vermirik. Əvvəlcə 1-2 il köməkçi məşqçi kimi çalışırlar. Futbol təcrübəsi kifayət qədər zəngin olan məşqçilərlə çalışırıq. Onların hamısından çox razıyam. Onsuz da, kimdən məmnun qalmasaq, dərhal onunla yollarımızı ayırırıq. Burda hər kəs var gücü ilə çalışmaq məcburiyyətindədi. Onlarla xüsusi dərslər, məşqlər keçirik. Məşqçilərimiz çalışqan və futbolun içindən gəlmiş insanlardı. Haqlısınız, uşaq məşqçisi işləmək asan deyil. Amma elə bilməyin ki, gələn kimi, hansısa komandanı ona veririk. 1-2 il onları köməkçi məşqçi kimi sınayırıq, daha sonra qərar veririk. Akademiyaya uyğunlaşmayanların hamısı burdan gedib.

- Komandaların ümumi bir oyun sistemi var, yoxsa bunu məşqçilər müəyyənləşdirir?

-  Akademiyamızın bir sistemi var, bütün komandalar da o sistemdə çıxış edir. Tələblərimizi də komandalarımız eyni şəkildə əməl etməyə çalışır.

- Sisteminizin əsas komanda ilə əlaqəsi varmı?

- Xeyr, əsas komandanın sistemi dəyişə bilər. Biz özümüz akademiyanın sistemini qurmuşuq.

- Yaxın gələcəkdə akademiyadan başqa hansı oyunçuları əsas komandada görə biləcəyik?

- Əvəzedici heyətlə çempion olan Sahil Mirzəyev, Yusif Nəbiyev, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Roman Hüseynov kimi istedadlı uşaqlarımız var. Onların əsas komandaya cəlb ediləcəklərini düşünürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
"Qarabağ" - APOEL görüşü - biletlər satışda
Son xəbərlər

22.10.2019

21.10.2019

10:47  "Liverpul"un xal itkisi VİDEO

10:40  "İnter"in qələbəsi VİDEO

20.10.2019

16:42  "Neftçi" - "Zirə" -HEYƏTLƏR

19.10.2019

19:08  "Keşlə" - "Sabah" -HEYƏTLƏR

16:42  "Qarabağ" - "Qəbələ" -HEYƏTLƏR

18.10.2019

16.10.2019

18:19  "Qarabağ" - APOEL görüşü - biletlər satışda

15.10.2019

19:22  Azərbaycan - İsveçrə -HEYƏTLƏR

14:06  "Ronaldo nə deyirdisə, hakim əməl edirdi" - Ukraynalı futbolçu

14:06  Bolqarıstan - İngiltərə görüşündə qalmaqal - oyun iki dəfə dayandırıldı

11:56  Kosovonun qələbəsi VİDEO

14.10.2019

12:03  Uelsdə ciddi itki - millimizlə görüşü buraxacaq

11:47  "Biz üzr istəməli deyilik" - Macar futbolçu

13.10.2019

22:00  Millimiz məğlub oldu - Yenilənib

18:41  Macarıstan - Azərbaycan -HEYƏTLƏR

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi