"Qəbələ" iki məşqçi ilə yolları ayırıb, heyətə futbolçu çağırdı

06.06.2016 | 4365 dəfə oxunub

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” klubu iki məşqçisi ilə yolları ayırır. Stadium.Az xəbər verir ki, söhbət köməkçi məşqçilər – Mixaylo Savka və Stepan Matveyevdən gedir.

Baş məşqçi Roman Qriqorçuk həmyerlilərinin işindən razıdı. Klub rəhbərliyi də ukraynalı çalışdırıcılarla əməkdaşlığı davam etdirməyə qarşı deyil. Lakin Savka və Matveyev “Qəbələ”dən ayrılmaq fikrindədilər.

Onlar Qriqorçukla söhbətdə ailələri ilə bağlı problemlərinin olduğunu bildiriblər.

Məlumatı əməkdaşımızla söhbətində “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib: “Bəli, hər iki məşqçi ailə vəziyyətini əsas gətirərək, ayrılmaq istəyir. Artıq il yarımdı ki, Qəbələdə ailələrindən uzaq yaşayırlar. Buna görə də, ölkələrinə qayıtmaq istəyirlər. Komanda toplaşana qədər bu məsələyə tam aydınlıq gələcək”.

Savka və Matveyev “qırmızı-qaralar”a ötən ilin əvvəlində Qriqorçukla birlikdə gəlmişdi.  

Yeri gəlmişkən, Samir Zərgərov, Arif Daşdəmirov, Ermin Zets, Aleksey Qay, Luis Hilario Dodo, Ruslan Abışov və Pavel Paşayevlə yolları ayıran “qırmızı-qaralar”, eyni zamanda, güclənməklə məşğuldular.

Bölgə təmsilçisi Dmitri Bezotosnı, Rəşad Sadiqov və Asif Məmmədovun ardınca daha bir futbolçu ilə yeni müqavilə imzalayıb. Söhbət David Petrzkeviçdən gedir. “Qəbələ” danışıq apardığı polşalı qolkiperi razı sala bilib. Tərəflər arasında 1 illik müqaviləyə qol çəkilib.

Bundan əlavə, baş məşqçi Roman Qriqorçuk heyətə daha bir oyunçunun cəlb olunmasını istəyib. Ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Tellur Mütəllimov ukraynalı məşqçinin diqqətini cəlb edə bilib. Nəticədə Qriqorçuk Telluru təlim-məşq toplanışında sınamaq fikrinə düşüb. Əgər Mütəllimov yay hazırlığında özünü yaxşı tərəfdən göstərə bilsə, o, 2016/2017 mövsümünə “Qəbələ”də başlayacaq. Əks təqdirdə, gənc yarımmüdafiəçi yenə “Zirə”yə icarəyə veriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

05.07.2020

12:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:10  "Latsio" - "Milan" - 0:3 VİDEO

04.07.2020

13:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03.07.2020

01:53  "Real" - "Xetafe" - 1:0 VİDEO

02.07.2020

02:05  "Spal" - "Milan" - 2:2 VİDEO

01.07.2020

15:22  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:20  "Torino" - "Latsio" - 1:2 VİDEO

30.06.2020

14:14  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

29.06.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə