"Xəzər Lənkəran" - "Kəpəz" matçı təxirə salına bilər

Höccət Hacıyev: "Böyük ehtimalla burda oyun keçirilməyəcək"

28.10.2011 | 14205 dəfə oxunub

Bu gün Premyer Liqanın 11-ci turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Kəpəz" oyunu təxirə salına bilər. Stadium.az Azerisport.az-a istinadən xəbər verir ki, bu barədə Lənkəran şəhər mərkəzi stadionunun baş direktoru Höccət Hacıyev məlumat verib.
 
Hacıyev hal-hazırda da stadionun intensiv yağan yağışdan bərbad vəziyyətə düşdüyünü bildirərək, burada oyunun keçirilə bilməyəcyini bildirib:
 
"Lənkərana beş gündü aramsız yağışlar yağır. Hal-hazırda stadion su içində qalıb. Burda oyun keçirilə bilməz. Bu barədə biz klub rəhbərliyinə və PFL-ə də məlumat vermişik. Dünən əsas meydança da məşq keçməli olan "Kəpəz" meydançanın yararsızlığı səbəbindən yardımçı meydançada məşqini keçib. İnspektorun qərarından sonra mıəlum olacaq ki, oyun keçiriləcək yoxsa yox. Böyük ehtimalla burda oyun keçirilməyəcək".
 
Lakin maraqlıdı ki, PFL oyunun təxirə salınmasını istəmir. Belə olan halda sözügedən matçın taleyinin necə olacağı maraqla gözlənilir. Xatırladaq ki, “Xəzər Lənkəran” – “Kəpəz” matçı saat 18:00-da başlamalıdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail