Nelson Bonillanın yeni klubu bəlli oldu - PORTUQALİYADA OYNAYACAQ

16.06.2016 | 4173 dəfə oxunub

Nelson Bonillanın "Zirə"dən ayrılması rəsmiləşib. Stadium.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 

Məlumatda salvadorlu futbolçunun yeni klubunun da adı açıqlanıb. Bonilla yeni mövsümdən Portuqaliyanın "Nasional" klubunda çıxış edəcək:

“Zirə”nin rəsmi saytına məsələ ilə bağlı bunlar yazılıb: "Nelson Bonilla ilə ötən il imzaladığımız müqaviləyə əsasən “Zirə” anlaşmanı daha bir il uzatmaq hüququndan istifadə etmişdi. Bu müddətdə hücumçumuzun transferi ilə bağlı bir neçə klubdan təklif almışdıq. Bonilla bizim üçün də önəmli futbolçudur və təbii ki, bu üzdən müqavilənin müddəti uzadılmışdı. Ancaq futbol həm də biznesdir. Marketinq baxımından inkişafa nail olmaq, maddi qazanc əldə etmək istənilən peşəkar klubun ən vacib hədəflərindən biridir. 

Rəsmi müraciətlər arasında Portuqaliyanın “Nasional” klubunun təklifinin klubumuzun siyasəti və hədəfləri baxımından daha uyğun olduğu qərara alındı. Düzdü, digər klubların təklifləri maddi baxımdan daha sərfəli idi, amma həm “Zirə”nin, həm də Azərbaycan futbolunun imici baxımından bu varianta üstünlük verildi. Portuqaliyada Azərbaycan futboluna maraq yaratmaq, yaranacaq əlaqənin gələcək perspektivi baxımından da “Nasional”ın təklifi cəlbedici oldu. “Zirə” olaraq, futbolçumuzun Portuqaliya çempionatında çıxış etməsi və orada klubumuzun adının çəkilməsi bizim üçün daha vacibdir. Artıq Portuqaliya təmsilçisi ilə razılaşma əldə olunub və futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqaviləyə imza atacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail